Rusiyanın Tbilisidəki səfirliyi qarşısında ukraynalı pilot Savchenkoya dəstək aksiyası keçirilib.
AzadlıqRadiosunun müxbiri Kobaladzenin məlumatına görə aksiyada bir neçə yüz adam iştirak edib.
Aksiyaçılar Nadia Savchenkonun təcili azadlığa buraxılmasını tələb edib, səfirliyin divarlarına Savchenkonun şəkillərini yapışdırıblar.
Səfirliyin yaxınlığındakı meydanda isə “Suxişvili” ansanblı hərbi “Xorymi” rəqsini oynayıb.Rəqqaslar həmçinin əllərində Ukrayna bayraqlarını yellədiblər.
Aksiyada keçmiş prezident Mikheil Saakashvilinin partiyasından olan deputatlar da qatılıb.
Polis müdaxilə etməyib.