Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:16

Asif Yusiflinin işi Ali Məhkəmədə


Asif Yusifli
Asif Yusifli

-

Ali Məhkəmə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyəti üzvü Asif Yusiflinin kassasiya şikayətinə baxacaq. Bu haqda siyasətçinin vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

«Trend»in xəbərinə görə, kassasiya şikayətinə aprelin 29-da hakim Əli Seyfəliyevin sədrlik edəcəyi heyət baxacaq.

A.Yusiflinin vəkilləri onun barəsində çıxarılan məhkəmə qərarlarının ləğv olunmasını istəyirlər.

Asif Yusifli Fəridə Zülfüqarova adlı bir zərərçəkənin şikayəti əsasında həbs olunub. Onun vəsaitini mənimsədiyi iddia olunur. Bakı Ağır Cinayətlər Məhkəməsi CM-nin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən Asif Yusiflini 7 il yarım azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.

Asif Yusifli Qarabağ döyüşlərində əlil olub. O, irəli sürülən ittihamları qəbul etmir. Siyasi əqidəsinə görə həbs olunduğunu düşünür.

XS
SM
MD
LG