Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 08:35

“Keçən il balkon uçdu, dünən isə mətbəx”- [Video, Foto]


Sakinlərin mətbəxin necə uçduğunu təsvir edirlər
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Sakinlərin mətbəxin necə uçduğunu təsvir edirlər

►“Bizi bina tamam uçanda köçürəcəklər?”

Cavanşir küçəsi 10-da yaşayan yataqxana sakinləri səksəkə içindədir (Səslər)

Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

“Evdə oturmuşduq. Bir də gördük, səs gəldi. Baxdıq ki, mətbəx uçub. Səhərə qədər yatmamışıq. Uşaqlara görə çox qorxuruq. Deyirlər, “bina qəzalıdır”. Qəzalıdır, niyə köçürmüsünüz? Biz bəyəm öz xoşumuza oturmuşuq burda?”

Martın 28-də Xətai rayonundakı Cavanşir küçəsi, 10 ünvanda yerləşən yataqxana binasının 3-cü mərtəbəsindəki mətbəx uçandan buranın sakinləri səksəkədədir.

Bayaqdan gileylənən Həqiqət İsayevanın mənzili də düz həmin mətbəxin yanındadır. Dünənə qədər bu mərtəbənin qadınları uçuq mətbəxdə yemək hazırlayırmış.

“Kimin evində yaşayaq?”

5 mərtəbəli binada 96 mənzil var. Hər mənzildə azı 4-5 nəfər yaşayır. Sakinlər deyir ki, icra qurumları onlara bir neçə gün qohumlarının evlərində yaşamağı məsləhət görüblər:

“Kimin evində yaşayaq? Bu binanın qəzalı olduğunu neçə illərdir bilirlər. Keçən ilin iyulunda da balkon uçmuşdu. İni də mətbəx uçdu. Niyə bizi harasa köçürmürlər? Deyirlər, “yaxşı olacaq”. Bina uçandan sonra yaxşı olacaq? Niyə təhlükə altında olduğumuzu başa düşmürlər?Bütün qurumlara müraciət etmişik. Gəlib yazıblar ki, “bina qəzalıdır”. Kimin evinə gedək? Keçən ildən deyirlər, “hökumətin pulu yoxdur””,- bina sakinlərindən Nəzrin Əliyeva dünənə qədər yemək bişirdiyi mətbəxin uçuqlarına baxıb danışır.

Hələ xəbər yoxdur

Sakinlərdən Fikrət Qasımovun sözlərinə görə, günorta Xətai rayon İcra Hakimiyyətindən gəlib deyiblər ki, axşama sizinlə bağlı qərar veriləcək. Ancaq hələ bir xəbər yoxdur:

“Axşamdır, qərar yoxdur. Bu gecəni də burda qalmalı olacağıq. Binanın qarşısına bir neçə polis qoyub gediblər. Ancaq heç kim gəlib heç nə demir. Camaat da çox ağr vəziyyətdədir. Polis uçan binanın qarşısını necə ala bilər?”

İcra hakimiyyəti: Qərar sabah veriləcək

Xətai rayon icra hakimiyyətindən bildirdilər ki, sözügedən yataqxananın qəzalı olması haqqında Fövqəladə Hallar Nazirliyi ötən il rəy verib. Binada yaşayanlara isə qohumlarının evinə köçmək tövsiyə olunub. İcra hakimiyyətindən onu da bildirdilər ki, sakinlərin hara köçürülməsi barədə martın 30-da qərar veriləcək.

Xətai rayon İcra Hakimiyyətinin əməkdaşı Nizaməddin Əkbərov isə “APA” informasiya agentliyinə demişdi ki, uçqun baş verən yataqxana binası ilə bağlı Nazirlər Kabineti bu gün - martın 29-da qərar verməlidir.

Bu yataqxana 1979-cu ildə tikilib. Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır. Təsərrüfat Birliyinin bir neçə əməkdaşı ərazidə olsa da, binanın taleyi haqqında məlumat verə bilməyəcəklərini dedilər. Bircə onu dedilər ki, “bu məsələlər yuxarı səviyyədə həll olunmalıdır”.

Binanın qarşısında dayanan 10-a yaxın polis əməkdaşı əraziyə nəzarət edir. Yataqxana sakinləri isə bu gecəni də səksəkə içərisində keçirməli olacaq.

XS
SM
MD
LG