Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:03

Bakıda Yastıq Savaşı keçirmək olarmı?


Trafalqar meydanında Yastıq Savaşı, 2015
Trafalqar meydanında Yastıq Savaşı, 2015

-

Bu, fləşmob deyil, ictimai oyundur

Trafalqar meydanı
Trafalqar meydanı

Bu gün Beynəlxalq Yastıq Savaşı Günüdür.

Trafalqar
Trafalqar

Fotolarda ötənilki London Yastıq Savaşını görmək olar. Həmin savaş Trafalqar meydanında keçirilirdi.

Təkcə Londonda yox, dünyanın 100-dən çox şəhərində olur bu tədbir. ABŞ, Kanada şəhərlərindən tutmuş Avropa şəhərlərinə, Dubaya, Kuala Lumpura qədər. Bəzilərində 2, bəzilərindəsə 7 apreldə keçirilir.

Nədən ötrüdür yastıq savaşı?

Bu, urbanist oyundur. Biz görmüşük, oyun iki nəfər arasında olar, on nəfərlik komandalar arasında olar. Bu isə ictimai oyundur.

Trafalqar meydanında Yastıq Savaşı, 2015
Trafalqar meydanında Yastıq Savaşı, 2015

Oyun biz canlıların təbiətinə xasdır. Hətta vəhşi təbiət qoruqlarında ayılar üçün də yelləncək qururlar.

London yastıq savaşının bir təşkilatçısı deyir ki, onlara çox insanlar öz şəhərlərində də yastıq savaşı keçirmək istəyilə müraciət edirlər. Deyir, mən onlara belə cavab yazıram:

"Əgər sizin şəhərdə Yastıq savaşı keçirilmirsə, keçirilməsini istəyirsənsə, bəlkə elə özün təşkil edəsən. Biz də sənin kimi başlamışıq."

Ancaq qoy bu insanlar əvvəlcə özlərindən soruşsunlar, yaşadığım şəhərdə başqa yastıq savaşı keçirmək istəyənlər də varmı.

Deyir, keçirmək istəyirsizsə, heç vaxt icazə istəməyin. Şəhər rəhbərliyindən yastıq savaşı keçirmək üçün icazə istəsəniz, “bu, azad tədbir keçirmək azadlığınıza xələl gətirə bilər”, elə çıxar ki, kiməsə deyirsən, “mədəniyətə icazə ver”.

Trafalqar
Trafalqar

İcazə istəmə, sərbəst toplaşmaq insan haqqıdır.

Deyir, polisdən qorxmayın. “Dünyada hələ elə şey olmayıb ki, polis ictimai yastıq savaşına görə kimisə tutsun və ya cərimə eləsin.”

Ancaq deyir, çalışın, parklarda keçirməyin. Ona görə yox ki, parklarda camaat istirahət edir, yaxud parkları zibilləmək olmaz, ona görə ki, parkda belə bir tədbir keçirmək banaldır, darıxdırıcıdıdır.

Universitet həyətlərində də keçirməyin. Çalışın ictimaiyyəti bu tədbirə qarışdırasız. Üfüqləriniz geniş olsun, - şəhərdən istifadə edin, təkcə univeristet kampusundan yox.

Deyir, yastıq savaşı keçirmək üçün ən yaxşı yer ictimai meydanlardır. Qoy ona müxtəlif yaş qrupları qoşulsunlar.

Deyir, lütfən yastıq savaşı haqda "fləşmob" sözünü işlətməyin. Bu ad sizin tədbirinizi ucuzlaşdıra bilər. Yastıq savaşları fləşmob deyil; onda anonimlik, qəfil başlamaq kimi xüsusiyyətlər olmur.

Nə qədər azad tədbir olsa da, zorakılıq kimi müəyyən pis davranışlardan uzaq qaçmaq vacibdir. Ona görə də yastıq savaşına yalnız yumşaq yastıqla getmək olar. Eynəklərinizi çıxarmalısız. Siqnalın verilməsini gözləyib, sonra başlamalısınız. Siqnal – adi idman fitidir..

Deyir, görəndə ki, insanlar yastıqla savaşmağa başladılar, deməli, sənin bir təşkilatçı kimi işin bitdi, artıq kənarda durub baxmalısan, zövq almalısan, gülməlisən, yaxud özün də savaşmalısan.

Deyir, qoy insanlar özləri özlərinə polis olsunlar, aqressivlərin hərəkətlərinə nəzaət etsinlər.

Əgər bitmə vaxtını qabaqcadan qoymaq istəyirsənsə, ən azı 1 saat qoy, bəzi şəhərlərdə 5 dəqiqəlik, 15 dəqiqəlik limit qoyurlar yastıq savaşına, deyir, elə də olar, amma yaxşısı bu olar ki, yastıq savaşının təbii sonlanmasını gözləyəsən.

Ən yaxşı yastıq savaşından sonra yerdə bir iz də qalmamaldır. Öz tökdüyünüzü özünüz yığışdırıb getməlisiz. Elə bil heç nə olmayıb.

OxuZalı

XS
SM
MD
LG