-
Nardaran hadisələri zamanı həbs edilən Nuhbala Rəhimov barəsində başlanmış cinayət işi yenidən istintaqa qaytarılıb.
«Trend» bu xəbəri N.Rəhimovun yaxınlarına istinadən yayıb.
N.Rəhimov özünü Nardarandakı Rəhimə Xanım Ziyarətgahının Hüseyniyyə Məscidinin axundu kimi təqdim edir. Ancaq Qafqaz Müsəlmanları İdarəsi onu bu vəzifədə tanımırdı.
Onun həbs müddəti isə 4 ay artırılıb.
N.Rəhimov ötən il dekabrın 7-də Nardaran qəsəbəsindəki Hüseyniyyə Məscidində saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb. Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq inzibati həbs qərarı çıxarılıb. Sonra N.Rəhimovun barəsində 4 aylıq həbs qərarı verilib. Ötən ay N.Rəhimovun cinayət işi yekunlaşaraq Sabunçu rayon Məhkəməsinə göndərilmişdi.
2015-ci il noyabrın 26-da güc orqanları Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı iksi polis olmaqla yeddi şəxs həlak olub. «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırzadə və onun tərəfdarları həbs edilib. Baş Prokurorluq bildirir ki, hazırda «Müsəlman Birliyi» Hərəkatı ilə bağlı 68 nəfər həbsdədir. Hərəkat rəsmi qeydiyyatdan keçməyib