Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:18

««Kitabi Dədə Qorqud»da türk hərb sənəti» Almaniyada çap olundu


Kitab
Kitab

-

««Kitabi Dədə Qorqud» oğuz dastanında türk hərb sənəti» kitabı Almaniyanın «Lambert Academic Publishing» nəşriyyatında çap olunub.

Müəlliflər- AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Səbuhi Əhmədov və Yusif Ağayevin AzadlıqRadiosuna verdiyi xəbərə görə, kitab ilk dəfə 2014-cu ildə Bakıda çıxıb.

Kitabda dastanda silah adları, orta əsr dövlətlərinin hərb strukturu, rəmzləri, hərb sənəti məsələləri araşdırılır.

Almaniya nəşrinin üstünlüyü ondadır ki, elektron kitabxanalara göndərilir və tələbə görə təkrar çap edilir.

«Kitabi Dədə Qorqud» eposunun alman şərqşünas-alim Heinrich Friedrich von Diez tərəfindən üzə çıxarılması, tərcüməsi, ilk nəşri və elm dünyasına tanıdılmasının 200 illiyi qeyd olunur.

Bununla bağlı ölkə prezidentinin 20 fevral 2015-ci il tarixli sərəncamı var.

XS
SM
MD
LG