Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:19

Nardaranda yeni yol var, amma...


-

Bakının Nardaran qəsəbəsinin Abşeron küçəsində təmir və yenidənqurma işləri başa çatıb.

AZƏRTAC xəbəri «Azəravtoyol» ASC-yə istinadən yayıb.

Məlumatda qeyd edilir ki, əvvəllər həmin küçənin uzunluğu 2.2 kilometr, eni isə 8 metr olub. Layihəyə uyğun olaraq küçə genişləndirilərək 2 gediş, 2 gəliş hərəkət zolağı olmaqla 18 metrə çatdırılıb. Bunun üçün isə küçə boyu yaşayış və qeyri-yaşayış obyektlərinin söküntü işləri aparılıb. Sökülən evlərin və obyektlərin sahiblərinə qanunvericiliyə uyğun nəzərdə tutulmuş qaydada kompensasiya ödənildiyi bildirilir.

Nardaran qəsəbəsinin ağsaqqalı Hacağa Nuri isə AzadlıqRadiosuna deyib ki, Abşeron küçəsində kompensasiya gözləyən sakinlərin heç də hamısı, hələlik, bunu ala bilməyib: «Sadəcə, dünəndən başlayaraq onları da tədricən banklara çağırırlar».

H.Nurinin deməsinə görə, ümumilikdə qəsəbədə kompensasiyasını ala bilməyənlər çoxdur.

Nardaranda təmir-tikinti və abadlıq işlərinə 2015-ci ilin dekabrından başlanıb. İlham Əliyevin sərəncamı ilə bu məqsədlə 12 milyon manat vəsait ayrılıb. 2016-cı ilin fevralında isə prezident həmin işlərin tamamlanması üçün daha 19 milyon manat ayrılması ilə bağlı sərəncam vermişdi.

XS
SM
MD
LG