Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:04

«İntiqam Əliyevin azadlığı yetərli deyil»


İntiqam Əliyev
İntiqam Əliyev

-

Londonda yerləşən Beynəlxalq Hüquqşünaslar Assosiasiyası (BHA) hüquqşünas İntiqam Əliyevin azad edilməsi ilə bağlı bəyanat verib.

Bəyanatda qeyd edilir ki, Ali Məhkəmə onu şərti azad edib, məhkumluğu isə üzərindən götürməyib.

BHA Azərbaycan hakimiyyətini İ.Əliyevin üzərindən bütün məhkumluğun götürülməsinə çağırır.

Assosiasiyasının rəhbəri, doktor Phillip Tahmindjis deyib ki, təqiblər üzündən Azərbaycanda hüquqşünasların öz vəzifələrini yerinə yetirmələrində problemlər var.

BHA rəhbəri Azərbaycanı BMT-nin əsas prinsiplərinə riayət etməyə, vəkillərin təqiblərindən çəkinməyə, onlara qanunauyğun fəaliyyət göstərmələrinə şərait yaradılmasına çağırır.

Hüquqşünas İ.Əliyev 2014-cü ilin avqustunda həbs edilib. Ona qarşı vergidən yayınma, səlahiyyət həddini aşma, mənimsəmə kimi ittihamlar irəli sürülmüşdü. Hüquqşünas bütün ittihamları rədd edib.

2016-cı il martın sonlarında Baş prokuror İ.Əliyevin cəzasının ağır olması ilə bağlı protest verdi. Martın 28-də İ.Əliyevin həbs müddəti 5 il şərti cəza ilə əvəzləndi və o, azadlığa buraxıldı.

XS
SM
MD
LG