-
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini gün ərzində ümumilikdə 120 dəfə pozublar. Bu zaman iriçaplı pulemyotlardan, 60, 82 , 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan və artilleriya qurğularından istifadə edildiyi bildirilir.
Nazirliyin bildirməsinə görə, Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən isə Tovuz rayonunun Əlibəyli kəndi atəşə tutulub.
Məlumatda həmçinin, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərinin də vurulduğu deyilir.
Habelə, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Mərzilivə vəYusifcanlı kəndlərinin də zərbə altında qaldığı qeyd edilir.
Müdafiə Nazirliyi Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarının da bəzi məntəqələrinin ardıcıl atəşə tutulduğunu deyir. Nazirlik qeyd edir ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfə cavablar verib.
***
Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq cəbhəboyu atəşkəs ardıcıl olaraq pozulur. Hər iki tərəfdən tkilər var.