-
Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə Dünya Yekun Təsnifat Turniri Bakıdan Qəbələyə keçirilə bilər.
«Report» bu xəbəri Azərbaycan Boks Federasiyasının (ABF) icraçı direktoru Nağı Səfərova istinadən yayıb.
Nağı Səfərov deyib ki, buna səbəb turnirin keçirilmə tarixinin Bakıda start götürəcək «Formula-1» üzrə Avropa Qran-prisi günlərinə təsadüf etməsidir. Üstəlik, nüfuzlu yarışları yalnız paytaxtda yox, bölgədə də keçirmək istəyirlər.
N.Səfərov bu məqsədlə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) nümayəndəsinin ötən gün Qəbələdəki şəraitlə tanış olduğunu da açıqlayıb: «Onun hansı fikirdə olduğunu deyə bilmərəm. Amma Qəbələdə 2000-dək qonağın otellərdə qalması üçün hər cür şərait var. Üstəlik, Qəbələ Olimpiya Kompleksinin zalı da normal vəziyyətdədir. Məncə, aprelin sonlarınadək AIBA yarış məkanı ilə bağlı yekun qərarını açıqlayacaq».
Dünya Yekun Təsnifat Turniri 14-26 iyunda keçirilməlidir.
«Formula-1» üzrə Avropa Qran-prisi isə iyunun 17-19-da olacaq.