Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 17:26

Əliyev Lavrov-la nə danışdı?


Sergei Lavrov və İlham Əliyev
Sergei Lavrov və İlham Əliyev

-

Aprelin 6-da axşam saatlarında Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Xarici işlər naziri Sergei Lavrov ilə görüşüb. Məlumatı AZƏRTAC informasiya agentliyi yayıb.

Prezident deyib ki, aprelin 7-də Bakıda Rusiya, İran və Azərbaycanın xarici işlər nazirlərinin görüşü keçiriləcək. O, hesab edibki, bu, ölkələr arasında çox ciddi regional əməkdaşlıq prosesinin başlanğıcıdır:

“Sabah beynəlxalq terrorizmlə, narkotrafiklə mübarizə, qarşılıqlı siyasi fəaliyyət, nəqliyyat problemləri, energetika və digər bir çox məsələlər qarşılıqlı anlaşma ruhunda müzakirə ediləcək. Sözsüz ki, həmçinin sizin səfəriniz ikitərəfli problemləri müzakirə etmək üçün yaxşı imkandır. Rusiya və Azərbaycan iki dost, iki qonşudur. Biz bu münasibətləri yüksək dəyərləndiririk, bu münasibətləri möhkəmləndirməyə və inkişaf etdirməyə səy göstəririk.”

Əliyev: “Azərbaycan danışıqlar prosesinə sadiqdir ”

Dövlət başçısı son günlər cəbhə xəttində vəziyyətin gərginləşməsinə də toxunub. O deyib ki, məhz Rusiya tərəfinin vasitəçiliyi ilə atəşkəs haqqında razılaşma əldə olundu:

“Biz hesab edirik ki, bu, regionda vəziyyətin gərginləşməsinə imkan verməməyin yeganə yoludur. Atəşkəs rejiminə riayət olunurdu. Təəssüf ki, bu gün axşam Ermənistan tərəfi atəşkəsi pozdu. Biz danışıqlar prosesinin davam etdirilməsinə köklənmişik. Azərbaycan danışıqlar prosesinə sadiqdir. Biz bu münaqişəni sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimləmək istəyirik. Düşünürəm ki, atəşkəsin elan olunmasından sonra ötən 20 ildən çox müddət, bizim məhz siyasi nizamlanmaya kökləndiyimizi sübut edir. Əlbəttə ki, biz bu gün bütün bu məsələləri sizinlə müzakirə edəcəyik. Əminəm ki, səfəriniz bizim münasibətlərimizin möhkəmlənməsi istiqamətində daha bir mühüm addım olacaq”-deyə İlham Əliyev qeyd edib.

Abunə olun
Abunə olun

Lavrov : “Bizim təkliflərimiz var”.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov da deyib ki, üçtərəfli görüş formatı siyasi, təhlükəsizlik, terrorizmlə mübarizə sahələrində əməkdaşlıq baxımından əhəmiyyətlidir:

“Sözsüz ki, bizim ikitərəfli münasibətlərimiz, strateji tərəfdaşlığımız da nəzərdən keçiriləcək. Mənim, öz həmkarımla ayrıca görüşüm nəzərdə tutulub.”

Lavrov da Dağlıq Qarabağ cəbhəsində vəziyyətin gərginləşməsindən və Rusiyanın vasitəçiliyi ilə atəşkəsin bərpa edilməsindən danışıb:

“Ümid edirəm ki, son günlərin hadisələri bizi siyasi tənzimlənmə ilə daha fəal məşğul olmağa sövq edəcək. Bizim təkliflərimiz var. Biz bu təklifləri həmsədrlərlə birlikdə Azərbaycan ilə Ermənistan arasında razılaşmanın əldə olunması naminə daha fəal işə salmağa çalışırıq. Hesab edirəm ki, biz bu məsələlərə ortamüddətli və uzunmüddətli perspektivdə də diqqət yetirə biləcəyik. Bu barədə həm bu gün, həm də sabah söhbət edəcəyik”.

Sergei Lavrov aprelin 6-da axşam saatlarında Bakıya gəlib. Aprelin 7-də Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü gözlənilir.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalından izləyin:

Cəbhədə nə baş verir?

XS
SM
MD
LG