-
Azərbaycanda yazıçı Əkrəm Əylisliyə qarşı istintaqın başladığı bir vaxtda PEN Amerika təşkilatı bəyanat yayıb.
"Keçən həftə aeroportda yazıçı Əkrəm Əylislinin saxlanması hökumətin bu ay 16 siyasi məhbusu azad etməsinə baxmayaraq, yenə də insanların ifadə azadlığı hüququna qarşı basqısının davam etdiyini göstərir" - PEN Amerika təşkilatının yaydığı bəyanatda deyilir.
PEN Amerika təşkilatının İfadə azadlığı proqramının direktoru Karin D.Karlekar deyir: “Azərbaycan hakimiyyətinin Əkrəm Əylislini saxlaması tanınmış bir yazıçının ifadə azadlığını təşkilatlanmış və davamlı şəkildə əzmək cəhdidir."
“Bu qisasçı hərəkət hökumətin bugünlərdə 16 siyasi məhbusu azad etməsi proqresini kölgə altına salır. Azərbaycanda Əkrəm Əylisli və Xədicə İsmayılova narahat həqiqəti deməklərinin əvəzini ödəyirlər, bununla da ifadə azadlığına qarşı həyasız hörmətsizlik davam edir.”