-
Elektrik enerjisi istehsalı üçün ölkəyə gətirilən mazut gömrük rüsumundan azad edilib.
Nazirlər Kabineti bununla bağlı «İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» 1998-ci il aprelin 22-də verdiyi qərarına dəyişiklik edib.
AZƏRTAC-ın xəbərinə görə, dəyişikliyə əsasən, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında «Azərenerji»yə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük rüsumundan azad olunur.
Qərar 2017-ci ilin yanvarınadək qüvvədə olacaq.
Bir qədər əvvəl rəsmilər Azərbaycanda istehsal olunan elektrik enerjisinin maya dəyərinin baha başa gəldiyini bildirirdilər. Hətta bir sıra stansiyaların dotasiya ilə işlədiyi deyilirdi.