Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:30

Suriyadan sonra Dağlıq Qarabağ?


Dağlıq Qarabağda erməni birləşmələri.
Dağlıq Qarabağda erməni birləşmələri.

-

Forbes.com-da Jeremy Maxie Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin aprelin 7-də Bakıda keçirilən görüşündən yazır. Bu görüşün ilkin məqsədi iki və üçtərəfli layihələrin müzakirəsi idi. Məsələn, dəmiryol və enerji nəqliyyatı xətlərini özündə cəmləşdirən Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi layihələri. Enerji nazirləri olmasalar da, daha çox bu məsələlər gündəlikdə idi. Ancaq Ermənistanla Azərbaycan arasında atəşkəsin pozulması digər məsələləri kölgədə qoydu.

*Youtube Kanalımıza abunə ol - ölkədə baş verənlərdən xəbərin olsun

Müəllif region dövlətlərinin mövqelərindən söz açır. Rusiya hər iki tərəfə silah satır, ancaq daha çox Ermənistanın yanındadır. İran vasitəçilik təklif edir. Türkiyə isə birmənalı Azərbaycanın xeyrinə mövqe səsləndirir. Bu münaqişədə Səudiyyə Ərəbistanının da Bakını birbaşa dəstəkləməsi regional geosiyasəti qəlizləşdirir. Bu ilin yanvarında prezident Əliyev hökumətin iclasında regiondakı geosiyasi rəqabətə toxunmuşdu.

«Gərginliyin artması və strateji rəqabət Suriyada toqquşan maraqların arzuolunmaz nəticələridir ki, bu da Azərbaycanın çoxqütblü xarici siyasət strategiyasını xeyli dərəcədə ağırlaşdırır. Bu strategiyanın məqsədi bütün regional güclər (Rusiya, İran və Türkiyə), eləcə də kənar qüvvələrlə (ABŞ, AB, NATO) balanslı münasibət qurmağı hədəfləyir».

Müəllif yazır ki, Dağlıq Qarabağ Cənubi Qafqazın neft-qaz sektoruna da geosiyasi risk törətmək gücündədir. Münaqişə nəzarətdən çıxarsa, enerji infrastrukturuna təhlükə və əməliyyat riski yaranar:

«Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Qaz Kəməri mübahisəli ərazidən 30 mil uzaqdadır. Bu kəmərlər, əsasən, örtülsə də, sabotaj və kiberhücum təhlükəsi sovuşmayıb».

PUTIN-İN YENİ AVROPA CƏBHƏSİ

Dağlıq Qarabağ münaqişəsi Kremlin qonşuluğunda qarışıqlıq yaratmağa son fürsətidir. «The Wall Street Journal» qəzetinin Avropa nəşrindəJohn Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunun direktoru Svante Cornell belə yazır.

«Görünür, Obama administrasiyası inanir ki, Azərbaycan-Ermənistan münaqişəsi bir vakuumda yerləşir və regional gərginliklərdən, Rusiya prezidenti Vladimir Putin-in dağıdıcı rolundan təcrid durumundadır. Artıq vaxtı çatıb, Vaşinqton görməlidir ki, Moskva problemin çözücüsü yox, bir hissəsidir. Bunu görməli və münaqişəni sülh məcrasına yönəltməkdən ötrü liderliyi ələ almalıdır».

Müəllif Azərbaycanın Qərblə münasibətlərindəki son istiləşmə fonunda Putin-in münaqişəni alovlandırmasının elə də təəccüb doğurmadığını düşünür:

«ABŞ-ın indiki siyasəti Vaşinqtonun regionu ciddiyə almadığını göstərir. Amerika Qafqazda savaş istəmirsə, Ermənistanla Azərbaycanın qatılacağı ciddi diplomatik təşəbbüsə liderlik etməlidir. Bu o halda baş verər ki, Vaşinqton Qafqazı Ukraynadan Suriyayadək uzanan münaqişənin bir hissəsi kimi görsün və Amerika maraqlarınınsa köklü şəkildə Putin-ə qarşı dayandığını qəbul etsin».

SİLAHLANMADA ÖNDƏ

«Bloomberg» Azərbaycanın hərbi xərclər baxımından Ermənistanı xeyli geridə qoymasından söz açır.

Son 10 ildə neft gəlirlərindən ruhlanan Azərbaycan hərbi xərcləri də, azı, 10 dəfə artırıb. Ötən il bu xərclər 4.8 milyard dollara çatıb. Ermənistanda isə 2015-ci ildə hərbi xərclər 3 dəfə artıb və 447 milyon dollar olub.

«Azərbaycanın siyasəti aydındır. Strategiya Ermənistanı sülh sazişi imzalamağa məcbur etmək idi. Bundan ötrü iki ölkə arasındakı iqtisadi, siyasi, diplomatik və hərbi balans uyğun həddə çatdırılmalıydı». Cons Hopkins Universitetindən Svante Cornell belə deyir və fikrini bitirir: «Azərbaycanın düşüncəsi öz müdafiəsini erməniləri danışıqlar masasına gətirəcək qədər gücləndirmək idi».

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalından izləyin:

Azərbaycan savaşı nə zaman qazanacaq?- Ekspert cavab verir:

XS
SM
MD
LG