Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:16

İki yataqdan 1.177 milyard dollar


Xəzərdə neft platforması.
Xəzərdə neft platforması.

-

Bu ilin I rübündə «Azəri-Çıraq-Günəşli» (AÇG) və «Şahdəniz» qaz-kondensat yatağı üzrə satışdan Neft Fonduna 1.177 mlrd. ABŞ dolları həcmində vəsait daxil olub.

«Report»un xəbərinə görə, bu məbləğin 1.137 mlrd. dolları AÇG-dən neft, 40 mln. dolları isə «Şahdəniz» yatağından qaz satışından əldə olunub.

2001-ci ildən 2016-cı il aprelin 1-dək Neft Fonduna AÇG-dən 118.146 mlrd. dollar vəsait daxil olub.

2007-ci ildən başlayaraq «Şahdəniz» yatağından isə Fonda 2.483 mlrd. dollar vəsait gəlib.

XS
SM
MD
LG