-
Aprelin 1-i Bakı Fond Birjasında qiymətli kağızların dövriyyəsi 8 min 805 əqd üzrə 579 milyon 922 min manat olub. Ötən ilin eyni dövründə isə bu göstərici 21 min 738 müqavilə üzrə 4 milyard 885 milyon 717 min manat təşkil edirdi.
«Turan»ın xəbərinə görə, birjanın dövriyyəsində, azı, 8 dəfə azalma qeydə alınıb. Azalma neftin ucuzlaşması, manatın devalvasiyası ilə izah olunur.
2015-ci ildə BFB-də ümumi dövriyyə 8 milyard 455 milyon manat olub.