-
Özünü «İslam Dövləti» adlandıran yaraqlılar tutduqları 300 işçinin bəzisini azad edib. Bu barədə monitorinq qrupu xəbər yayıb.
Yerli bələdiyyə rəsmiləri İŞİD ilə 170 fəhlənin buraxılmasını razılaşdırıb, - Suriya İnsan Haqları Müşahidəçiləri təşkilatı bildirib.
İŞİD fəhlələri sement zavoduna hücum zamanı əsir almışdı.
İŞİD-ə məxsus «Amaq» xəbər agentliyi bəzi işçilərin buraxılmasını təsdiqləyib, amma deyib ki, hökumət qüvvələrinə yaxın olmaqda şübhəli bilinən 20 nəfəri azad etməyəcəklər.