Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 11:13

"Azərbaycan ordusu ölülərlə döyüşmür"


Erməni əsgərinin dəfni, 5 aprel
Erməni əsgərinin dəfni, 5 aprel

►Hərbçilərin meyitləri təhqir olunub?

Tərəflər bir-birini ittiham edir

Separatçı Dağlıq Qarabağ rejiminin Hərbi əsirlər, girovlar və itkin düşmüşlərin işi üzrə Komissiyasının məlumatına görə, həlak olmuş erməni hərbçilərinin meyitləri azərbaycanlılar tərəfindən təhqir olunub.

Məlumatda deyilir ki, Azərbaycan tərəfinin meyitlərin dəyişdirilməsi barədə əldə olunmuş razılığa əsasən, aprelin 10-da Baş Qərvənd kəndi yaxınlığında təhvil verdiyi 18 erməni hərbçisinin cəsədində zorakılıq, təhqir izləri var. Məlumatda deyilir ki, buna Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri də şahidlik ediblər.

Separatçı rejim Azərbaycan tərəfinin bu cür hərəkətlərini beynəlxalq ictimaiyyət və ixtisaslaşmış strukturlar tərəfindən qətiyyətlə pislənilməsinə və təqsirkarların cəzalandırılmasına çalışacağını bildirib.

Üzeyir Cəfərov
Üzeyir Cəfərov

Ekspert: “Faktları, sübutları varsa, göstərsinlər”

Hərbi ekspert Üzeyir Cəfərli düşünür ki, Azərbaycan hərbçilərinin hansısa zorakılıq törətməsi ilə bağlı deyilənlər doğru deyil:

Üzeyir Cəfərov: "Azərbaycan əsgərinin belə bir hərəkət etməsinə inanmıram"
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

“Yeganə bir hal haqda çox danışılırdı, o da təsdiqini tapmadı. Çünki həmin hadisə bizim orduda baş verməmişdi. Tamam başqa bir ordunun əsgərinin şəkli idi, həmin əsgər baş kəsirdi. Bu sübut olunmadı. Erməni hərbçilərinin meyitlərinin üzərində də zorakılıq əlamətləri olmayıb. Hamısı güllə, qəlpə yaraları almış hərbçilər idi. Azərbaycan hərbçiləri heç vaxt belə şey etməz. Faktları, sübutları varsa, göstərsinlər. Genişmiqyaslı əməliyyatlar olmayıb ki, deyəsən ki, əməliyyat keçirilib, sonra da növbəti mərhələ olub. Erməni tərəfinin həmləsi dəf olunarkən Azərbaycan əsgərləri əks- hücuma keçib mövqeləri azad edib”.

Aprelin 10-da hər iki tərəfin hərbçilərinin meyitlərinin dəyişdirilməsi prosesində Əsir və İtkin düşmüş, Girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası da iştirak edib. Komissiyadan AzadlıqRadiosuna bildiriblər ki, rəsmi məlumatdan başqa onlarda hər hansı başqa bilgi yoxdur.

Müdafiə Nazirliyi erməni tərəfini ittiham edir

Müdafiə Nazirliyi erməni əsgərlərinin cəsədlərinin təhqir olunması barədə erməni tərəfin ittihamlarını təkzib edib:

“Erməni əsgərlərinin cəsədləri təhqir olunmayıb. Azərbaycan ordusu ölülərlə döyüşmür” - mətbuat xidmətindən erməni tərəfin ittihamlarını Turan-a şərh edərkən bildiriblər.

Mətbuat xidməti onu da qeyd edib ki, ermənilərin verdiyi azərbaycanlı hərbçilərin cəsədlərinin üzərində təhqir əlamətləri var.

Son iki gündə tərəflər cəsədlərin dəyişdirilməsi prosesini həyata keçirir.

Cəhbə bölgəsindən görüntülər

Cəhbə bölgəsindən görüntülər
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

___________________________________________________________

Bunlara da bax:
Tibb Universitetinə yeni rektor
“Facebook”da video axtarmaq asanlaşdı

___________________________________________________________

XS
SM
MD
LG