-
«Dünyanın 173 ölkəsi 12 illik təhsilə keçib. Azərbaycanda da 12 illik təhsilə keçid məsələsinin rəsmi sənədlərdə əks olunması bu prosesin həllinə geniş imkan yaradır».
APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin əməkdaşı Aydın Əhmədov deyib.
A.Əhmədov hazırda cəmiyyətdə keçidlə bağlı müzakirələr aparıldığını, pedaqoji ictimaiyyətin fikrinin öyrənildiyini deyib.
O qeyd edib ki, müzakirələrdə 5 variant təklif edilir: «12 illik təhsilə keçidlə bağlı məzmunda çox ciddi dəyişiklər nəzərdə tutulur. Bunun 10 ili icbarı, 2 ili tam orta təhsil olacaq. 11 illik təhsillə müqayisədə 12 illik təhsilə keçiddə 1 il artıq təhsil müddəti şagirdlərin yaş səviyyəsinə müsbət təsir edəcək. Bundan əlavə, məktəblərdə təlim yükünün yüngülləşdirilməsində 12 illik təhsilə keçid daha önəmlidir».