-
Yəməndəki bir ildən artıq davam edən silahlı münaqişələrdə 6 mindən çox adam ölüb.
Bu haqda BMT-nin məlumatında bildirilir.
3 milyondan artıq adam isə ev eşiyindən didərgin düşüb.
Aprelin 10-da Yəməndə şiə məzhəbindən olan husilərlə hökumət qoşunları arasında atəşkəs elan edilib.
Bu ay Küveytdə münaqişənin bitirilməsi məqsədilə danışıqlar keçiriləcək.