Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:11

Tülkü, yoxsa kirpi?


Isaiah Berlin
Isaiah Berlin

-

“Tülkü çox sirlər bilir, kirpi isə bir başlıca sirri”. Bu misra bir qədim yunan təmsilindəndir.

Filosof Isaiah Berlin “Kirpi və tülkü” (1953) adlı essesində bu iki metaforu insanlara tətbiq etmişdi.

Kirpinin və tülkünün məqsədə çatmaq strategiyaları bir-birindən tamamilə fərqlənir: hiyləgər tülkü kirpiyə hücum etmək üçün daim müxtəlif üsullar fikirləşib tapır, kirpi isə onun hücumlarından bir, amma effektiv üsulla qorunur: yumrulanıb iynələrini irəli verməklə, odur ki, daim qələbə çalır.

I.Berlin bu təsnifatı insanlara tətbiq edərkən iki növ dünyagörüşü ayırd edirdi. O yazırdı: "Tülkülər eyni vaxtda bir neçə məqsədə can atırlar və dünyanı bütün mürəkkəbliyilə birgə görürlər."

“Eyni vaxtda bir neçə şeyə nail olmağa çalışaraq irəli atılırlar, tülkülərin düşüncə tərzinə bir konsepsiya, bir prinsip xas deyil."

"Kirpilər isə dünyanı sadələşdirirlər, onların bir prinsipi, bir konsepsiyası var, bütün hərəkətlərini də ona doğru yönəldirlər. Dünya nə qədər mürəkkəb olursa olsun, kirpi bütün probemləri və sualları sadələşdirir, hətta bəzən primitivləşdirir. Kirpi üçün onun konsepsiyasına uyğun gəlməyən şeylər mənasızdır."

I.Berlin ədəbiyyat adamlarını tülkülərə və kirpilərə ayırarkən Şekspiri və Puşkini "tülkülər" sinfinə daxil edirdi. Kirpilər sırasına Nietzsche və Dostoyevskini aid edirdi.

I.Berindən sonra bu bölgünü müxtəlif sahələrə tətbiq edənlər olub.

Məsələn, ABŞ-da hər seçkidə namizədlərin seçki platformalarına və layihələrinə görə onları "tülkülərə və kirpilərə" bölən jurnalist yazıları olur, bu seçkidə də. Yaxud biznes məsləhətçisi James C.Collins öz uğurlu şirkətlər, uğursuz şirkətlər bölgüsünü tülkü və kirpi metaforası ilə izah edir. Yaxud da Qərb ölkələrində ixtisas seçimində çətinlik çəkən şagirdlərə karyera məsləhətçiləri deyirlər ki, ya mütəxəssis, yəni kirpi ol, ya da ümumiyyətçi, filosof ol - yəni tülkü.

Bəziləri də yazırlar ki, kirpilik - gəlir-çıxarını bilmək demək olsa da, onu çox təbliğ etmək düzgün deyil. Bu, insanı cılızlaşdıra bilər, insan "tülkü marağı"nı da əlindən qoymamalıdır. İdeal insan hər ikisindən olmağı bacarmalı, yəni tülkü-kirpi ("foxhog") olmalıdır.

OxuZalı

XS
SM
MD
LG