-
«Yaxın saatlarda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasındakı təmaslarla bağlı məlumat olacaq».
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova aprelin 19-da jurnalistlərə açıqlamasında deyib.
*Youtube Kanalımıza abunə ol - ölkədə baş verənlərdən xəbərin olsun
«RIA Novosti» agentliyinin xəbərinə görə, sözçü təmasların dayanmadığını deyib.
«Fikrimcə, yaxın saatlarda biz daha bir təmas haqqında məlumat verə biləcəyik» - deyən M.Zakharova həftəsonu Rusiya xarici işlər naziri Sergei Lavrov-un Ermənistana gedəcəyini xatırladıb.
Prezidentin köməkçisi Əli Həsənov da iki gün əvvəl yaxın günlərdə Qarabağ nizamlanması üzrə danışıqların intensiv mərhələsinin başlanacağını açıqlamışdı.
Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin: