-
Dövlət Musiqili Teatrında yeni layihəyə start verilib.
Qurumun Mətbuat Xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, söhbət dramaturq İlyas Əfəndiyevin «Mənim günahım» pyesi əsasında hazırlanan tamaşadan gedir.
Layihənin ideya müəllifi və rəhbəri teatrın direktoru Əliqismət Lalayevdir.
Xəbərdə bildirilir ki, İlyas Əfəndiyevin bulirik-psixoloji dramı bəstəkar Qara Qarayevin bənzərsiz balet musiqisi əsasında hazırlanacaq və bir çox sürprizlərlə zəngin olacaq.
Tamaşanın quruluşçu-rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovadır.
O, bu teatrdaƏ.Haqverdiyevin «Kimdir müqəssir?» əsərinə və hazırda yaradıcılıq işi tamamlanan «999-cu gecə» tamaşasına da quruluş verib.
Quruluşçu-rəssam Gəncə Dövlət Dram Teatrının rəssamı Elnur Axundovdur.
Tamaşada baş qəhrəmanı – Nurcahan obrazını Xalq artisti Şükufə Yusupova canlandıracaq.
Ayqız obrazını ifa edəcək gənc balerina Cəlalə Novruzlu isə tamaşaçılar üçün yeni sima olacaq.
Tamaşanın quruluşçu-dirijoru Nazim Hacıəlibəyov, quruluşçu-baletmeysteri Leyla Ağayeva, dirijoru Fəxrəddin Atayev, konsertmeysteri Fidan Babayeva, rejissor-assistenti Saray Kərimlidir.