Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:39

Atəşkəsin 113 dəfə pozulduğu deyilir


Qarabağda erməni əsgərlər.
Qarabağda erməni əsgərlər.

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan sutka ərzində atəşkəsi 113 dəfə pozublar.

Məlumatda həmçinin qeyd edilir ki, Ermənistanın İcevan, Noyemberyan rayonlarından Qazax rayonunun Qızılhacılı, Quşçu Ayrım və Fərəhli kəndləri atəşə tutulub.

Habelə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Koxanəbi kəndləri vurulub.

Bundan başqa, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki mövqelərinin atəşə tutulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili və Yusifcanlı kəndləri də atəş altında qalıb.

Məlumatda həmçinin qeyd edilir ki, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarının da bəzi məntəqələri atəşə tutulub.

Nazirliyin bildirməsinə görə, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfə cavab zərbələri endirib.

XS
SM
MD
LG