Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:51

Əliyev: «Azərbaycanda bütün azadlıqlar var»


İlham Əliyev
İlham Əliyev

-

«Forumun Bakıda keçirilməsini yüksək dəyərləndiririk. Bu, bizim işimizə verilən qiymətdir».

Bu sözləri Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışında çıxış edən prezident İlham Əliyev deyib.

APA-nın xəbərinə görə, İ.Əliyev bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansının yaradılması Türkiyə və İspaniyanın təşəbbüsüdür: «Azərbaycan əsrlər boyu mədəniyyətlər və dinlərin kəsişməsində yerləşib. Əsrlər boyu dinlər, mədəniyyətlər Azərbaycanda inkişaf edib. Azərbaycanda tolerantlıq, multikulturalizm hər zaman mövcud olub. Ona görə də Azərbaycanda bütün etnik qruplar və dinlər bir arada yaşayır, yaradırlar. Bu, zənginliyimizdir, biz tariximizlə fəxr edirik».

Prezident qeyd edib ki, multikulturalizm Azərbaycanın dövlət siyasətidir: «Əfsuslar olsun ki, keçmiş SSRİ və Avropa ərazisində bəzi narahatlıq doğuran məsələləri müşahidə edirik. Toqquşmalarda təəssüf ki, dini səbəblər də görürük».

Dövlət başçısı deyib ki, Azərbaycan beynəlxalq birliyin layiqli üzvünə çevrilib: «Azərbaycan BMT-nin, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının üzvüdür. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də bunun nəticəsi idi. Azərbaycanda bütün azadlıqlar təmin edilir. İqtisadi islahatlar da, siyasi islahatlarla paralel aparılır».

XS
SM
MD
LG