Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:32

Dünyada tanınmış suriyalı miqrant Bakıda


Tanınmış suriyalı miqrant Üsamə Əbdel Möhsün Bakıda
Tanınmış suriyalı miqrant Üsamə Əbdel Möhsün Bakıda

Ötən il Macarıstanda qadın reportyorun badalaq vuraraq yerə yıxması ilə dünya mediasının gündəminə gələn suriyalı miqrant Üsamə Əbdel Möhsün oğlu Zeydlə birgə Azərbaycana gəlib. Bu haqda Publika.az xəbər verir.

Suriyadan olan miqrantlar Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edirlər. Üsamə Əbdel Möhsün Azərbaycanda olmasından məmnun olduğunu deyib.

«Bakı çox gözəl şəhərdir. Doğrusu, Bakı ilə Avropanın aparıcı şəhərləri arasında heç bir fərq görmədim. Azərbaycanda olduğumdan çox sevincliyəm» - deyən Üsamə Əbdel Möhsün Azərbaycanda öz ölkəsi kimi çox rahat olduğunu da ifadə edib.

Üsamə Əbdel Möhsün hazırda İspaniyada yaşayır, «Xetafe» futbol klubunun məşqçilərinin məktəbində çalışır. Onun ailəsinin digər üzvilərinin Türkiyədə olduğu bildirilir.

XS
SM
MD
LG