Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:44

Yalan reklama görə cəza ağırlaşdırılır


Metroda reklam
Metroda reklam

Bilərəkdən yalan məlumatlar əsasında məhsul və xidmətlərini reklam edənlər daha ağır cəzalandırılacaqlar. Parlament bununla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər etməyə hazırlaşır.

Report-un xəbərinə görə, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsi aprelin 28-də təklif olunan dəyişikliklər layihəsini müzakirə edib.

Layihədə Cinayət Məcəlləsinin 198.1-ci maddəsinə yalan məlumatlardan reklamda istifadəyə görə, ziyanın iki mislindən dörd mislinədək cərimə, iki il islah işləri və yaxud 1 ilə həbs cəzası daxil edilir. Hazırda qüvvədə olan mətndə isə buna görə, 1000 manatdan 5000 manata qədər cərimə və ya 1 ilə qədər həbs nəzərdə tutulur.

Məcəllənin 198.2-ci maddəsinə isə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək cərimə sanksiyası əlavə edilir.

Layihə parlamentin plenar iclasına tövsiyə olunub.

XS
SM
MD
LG