-
Ermənistan Silahlı Qüvvələrinin artilleriya zərbələrində Ağdam rayonunun Çəmənli kəndində yaralananlardan üçü Bərdə Diaqnostika Mərkəzində müalicə olunur.
«Turan»ın hadisə yerində olan müxbiri onlarla-Anar Abdullayev, Zahid Rəhimov və Elgiz Qarayevlə görüşüb.
Mərkəzin həkimi Eldar Əhmədov yaralıların durumunu orta ağır dəyərləndirib.
Aprelin 26-dan 28-nə kimi cəbhədə ağır döyüşlərin getdiyi bildirilir. Həmin vaxt Ağdam rayonunun 2 sakini həlak olmuşdu, 7 nəfər isə yaralanmışdı. Yaralılardan 4 nəfər evə buraxılıb.