Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:34

İcbari tibbi sığorta modeli hazırlanır


Həkim
Həkim

-

İcbari tibbi sığorta modeli üzərində işlənilir.

Bunu «Trend»ə açıqlamasında Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev bildirib.

O qeyd edib ki, 6 ay ərzində intensiv işlər görüləcək: «İlin sonuna yaxın pilot layihənin icrasına başlayacağıq. Müəyyən çətinliklər olsa, o zaman ən geci, gələn ilin əvvəlində layihə icra olunacaq».

Zaur Əliyev qeyd edib ki, icbari tibbi sığorta modelinin hazırlanmasına xarici ekspertlər də cəlb olunub. Hazırda bir qrup xarici ekspert Bakıda səfərdədir.

O deyib ki, icbari tibbi sığorta modelinin tətbiqinə keçid dövrü lazımdır və bundan ötrü pilot layihənin icrası nəzərdə tutulur: «Belə olduqda, qarşılaşdığımız çətinlikləri daha tez aradan qaldıracağıq».

Azərbaycanda «İcbari tibbi sığorta haqqında» qanun 17 il əvvəl qəbul edilsə də, hələ də tətbiq olunmur. Yalnız ölkədə fəaliyyət göstərən xarici şirkətlər bu xidmətdən yararlanırlar.

İcbari Tibbi Sığorta üzrə Agentlik isə bu ilin fevralından fəaliyyətə başlayıb.

XS
SM
MD
LG