Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan mayın 2-də Dağlıq Qarabağa gedib.
Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.
Onun separatçı rejimin rəhbəri Bako Saakyanla görüşü nəzərdə tutulur.
Saakyan bu yaxınlarda Ter-Petrosyanı Dağlıq Qarabağa dəvət elədiyini demişdi.
Mənbənin məlumatına görə, Petrosyan sonuncu dəfə Dağlıq Qarabağda 2007-ci ildə olub.
Qeyd edək ki, o 1991-1998-ci illərdə Ermənistan prezidenti olub.
Onun Dağlıq Qarabağa səfəri son vaxtlar qoşunların təmas xəttində vəziyyətin gərginləşdiyi dövrə təsadüf edir.
Aprelin 2-dən 5-dək Dağlıq Qarabağda baş verən silahlı toqquşmalarda hər iki tərəf onlarla itki verib.
Aprelin 5-də Moskvanın vasitəçiliyi ilə atəşkəs bərpa olunsa da tərəflər demək olar ki, hər gün bir-birini atəşkəsi pozmaqda günahlandırır.