Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 21:39

Rusiyada sələfilərə hücum kimin xeyrinədir


Mahaçqalada sələfi məscidi.
Mahaçqalada sələfi məscidi.

-

Rəsmi rəqəmlərə görə, 900 dağıstanlı Suriyaya gedib. Ancaq müstəqil ekspertlər bu sayın 4 min olduğunu deyirlər; İranın yeni prezidenti kim olacaq? – 4 may Qərb mediasının icmalı.

«The Economist» yazır ki, Rusiyanın Dağıstan Respublikasında sələfi məscidləri bağlandıqca, dindarlar «İslam Dövləti» (İŞİD) qruplaşmasına qoşulurlar.

Fevralda Xasavyurtda Şimal Məscidi bağlandı. Bundan sonra məscidin imamı Muhammad Nabi Magomedov 5 minədək sələfiylə birlikdə şəhər mərkəzinə doğru yürüş etdi, «Allahu Əkbər!», «Məscidimizi qaytarın!» şüarları səsləndirdi. Aprelin əvvəlində isə təhlükəsizlik qüvvələri Magomedov-u terrorçuluq ittihamlarıyla həbs etdi.

Həbsdə imama saqqalını qırxmağı, diz üstə çökməyi əmr ediblər. O, tabe olmayanda döyülüb. «The Economist» yazır ki, bununla ultra-mühafizəkar sələfilərə dialoqun baş tutmayacağı mesajı göndərilib. «Biabırçılıqdır. O, çox sakit, sülhsevər adamdır», - Rasul adlı dindar deyir.

Ötən ilin payızından Dağıstanda sələfilərə təzyiqlər artıb. Bu, Moskvanın Suriya hökumətinə dəstək kampaniyası ilə eyni vaxtda başlayıb. «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması da öz növbəsində Rusiyaya qarşı müqəddəs müharibə elan edib. Rəsmi rəqəmlərə görə, 900 dağıstanlı Suriyaya gedib. Ancaq müstəqil ekspertlər bu sayın 4 min olduğunu deyirlər. Əhali sayına nisbətdə Dağıstandan İŞİD-ə Belçikadan daha çox cihadçının qoşulduğu aydınlaşır.

İŞİD rus dilində bir neçə media orqanı açıb. Magomedov etiraz aksiyasına rəhbərlik edəndə, qruplaşma video yayaraq dağıstanlıları məscidlərin bağlanmasına güc yoluyla cavab verməyə çağırırdı.

Məqalədə vurğulanır ki, Rusiya qeyri-zorakı sələfilərlə radikallara fərq qoymur. Mahaçqalada dövlətin nəzarətində olan sufi məscidinin imamı Magomedrasul Saaduev deyir ki, «mötədil sələfilik daim ekstremist sələfiliyin kökündə duracaq».

Polis hazırda Dağıstanda 15 min nəfəri yaxından izləyir, onlar istənilən an saxlana bilərlər. «Soruşurlar ki, Suriyaya nə vaxt gedirsən?», - həmin sələfilərdən biri gileylənir.

Ötən payız hakimiyyət Mahaçqalada əsas sələfi məscidini bağlayıb. Dərbənddə isə bir sələfi məscidi yandırılıb. Xasavyurt şəhər rəsmiləri Şimal Məscidində İŞİD-ə üzv toplandığını deyirlər. Magomedov-un həbsindən sonra isə tərəfdarlarının sakitləşdiyi iddia olunur.

«Dövlətin atdığı addımlar ekstremizmi gücləndirəcək. Mötədil səslərin süpürlənməsi gənclərlə zorakılığa çağıranlar arasındakı boşluğu qaldırmış olur», - Şimali Qafqaz üzrə ekspert Irina Starodubrovskaya belə deyir.

Xasavyurtda Magomedov-un moizələrinə minlərlə dindar gəlirmiş, o, açıq şəkildə İŞİD-ə qarşı danışırmış. Hətta ekstremistlər tərəfindən hədələnməsinə dair məlumatlar var. «O və tərəfdarları dinc metodlara tərəfdar olduqlarını deyirlər, ancaq həm də xəbərdarlıq edirlər ki, imamla pis rəftar ekstremistlərin dəyirmanına su tökür», - «The Economist» yazır.

Mahmud Ahmadinejad və Hassan Rouhani
Mahmud Ahmadinejad və Hassan Rouhani

İRANIN YENİ PREZİDENTİ KİM OLACAQ?

İranın keçmiş prezidenti Mahmoud Ahmadinejad və indiki lideri Hassan Rouhani növbəti seçkilərdə rəqib ola bilərlər. Bunu «Stratfor» Araşdırmalar Mərkəzi yazır.

ABŞ Ali Məhkəməsi İranın dondurulmuş vəsaitindən 2 milyard dolların Tehrana verilməməsi barədə qərar çıxara bilər. Bu pulun İranla əlaqələndirilən hücumların qurbanlarına, onların qohumlarına kompensasiya kimi ödənməsi nəzərdə tutulur.

Bu məsələ İranda sərt xətt tərəfdarlarıyla praqmatik mühafizəkarlar arasında ziddiyyəti dərinləşdirib. İki cəbhənin önündə prezident Hassan Rouhani və onun sələfi Mahmoud Ahmadinejad durur. Mərkəzi Bankın rəhbəri, İranın vitse-prezidenti Ahmadinejad-ı suçlayır, onun prezidentliyi dövründə verilən qərarlarla vəsaitlərin Avropa banklarına yatırıldığını deyirlər. Ahmadinejad isə Rouhani-ni nüvə danışıqlarında zəif mövqe göstərməkdə ittiham edir, deyir ki, Tehrana sanksiyaların yumşaldılması ilə Birləşmiş Ştatlar İslam respublikasını maliyyə məsələsiylə hədələməyə başladı.

«Stratfor» yazır ki, sərt-xətt tərəfdarları Rouhani-nin yanlış idarəçiliyinin oğurluğa bərabər olduğunu iddia edirlər. Bu arada isə Ahmadinejad gələn ilki prezident seçkilərinə hazırlaşmasına eyham vurub. «Populist Ahmadinejad-ı yoxsullar, kənd əhalisi, mühafizəkar təbəqə hələ də dəstəkləyir. Görünür, İran sanksiyalardan sonra özünə gəlməyə çalışdıqca, iqtisadiyyatla bağlı hər bir qərara seçki öncəsi ictimai zərrəbinlə baxılacaq».

Rouhani və müttəfiqləri iqtisadi siyasətlərini təbliğ etsələr də, zaman onların xeyrinə işləmir. Nüvə sazişi onun prezidentlik müddətinin sonuna 18 ay qalmış icra olunmağa başladı. Administrasiyanın xarici sərmayədən fayda götürməsi isə hələ bir neçə il çəkəcək. Üstəlik, ölkənin maliyyə sistemi qlobal sistemə tam inteqrasiya etməyib.

«Stratfor» qeyd edir ki, Rouhani ali dini lider Ayətulla Ali Khamenei-nin cızdığı çərçivədən kənara çıxa bilmir. Ancaq Ahmadinejad-ın cəsarətli davranışı, ali dini liderə meydan oxumaq istəyi hakim elitanın ona dəstəyini azaltdı. Bu səbəbdən namizədləri təsdiqləyən Mühafizə Şurası hətta Ahmadinejad-ı seçkiyə buraxmaya da bilər. Məsələn, 2013-cü ildə keçmiş prezident Ali Akbar Hashemi Rafsanjani seçkiyə buraxılmadı. Ancaq Rouhani-yə rəqib ola biləcək mühafizəkar namizədlər yox deyil. Məsələn, Məclisin spikeri Ali Larijani və İran İnqilab Keşikçiləri Qvardiyasının Qüds qüvvələrinin lideri Qassem Soleimani Khamanei-nin dəstəyini qazana bilər.

Almaniyada ABŞ hərbçiləri.
Almaniyada ABŞ hərbçiləri.

ABŞ AVROPAYA ƏLAVƏ ƏSGƏR, TEXNİKA GÖNDƏRİR

Rusiyanın gələcək təcavüzünü önləmək məqsədilə Birləşmiş Ştatlar Avropaya daha çox əsgər, təkmil silahlar göndərməyi planlaşdırır. Bu eksklüziv məlumatı ABŞ hərbi rəsmisinə istinadla «Foreign Policy» dərgisi yayıb.

Pentaqon onsuz da Şərqi Avropaya ABŞ ordusunun üçüncü briqadasını göndərməyə hazırlaşır. Bu addım Rusiyanın 2014-cü ildə Ukraynaya silahlı müdaxiləsindən sonraya təsadüf edir.İndi isə ABŞ 4 min 500 əsgərdən ibarət başqa bir silahlı briqada göndərməyi nəzərdən keçirir. Bu briqada Şərqi Avropada 9 aylıq rotasiya ilə qalacaq. Avropada ABŞ ordusunun iki daimi briqadası da yerləşir.

«Foreign Policy» yazır ki, amerikalı komandirlər 2018-ci ilin büdcə layihəsini hazırlayır, Avropaya daha çox əsgər və silah göndərmək barədə düşünürlər. Kosmik sistemlərə, kiber-silahlara, ballistik raketdən müdafiəyə investisiya istəniləcək. Məqsəd Rusiyanı nəzarət saxlamaqdır.

XS
SM
MD
LG