Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:20

Palata 4 aprel qərarını qüvvədə saxlayıb


Dollar
Dollar

-

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) mayın 4-də kreditlərin verilməsi ilə bağlı yeni qərar qəbul edib.

Qərarda xarici və milli valyutada istehlak kreditlərinin verilməsi şərtləri və onlara dair yeni prudensial çərçivə öz əksini tapıb.

Prudensial çərçivə bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsində normativlərə, qaydalara, tələblərə və göstərişlərə əsaslanmış davranış üsuludur.

Üstəlik, xarici valyutada gəlirlərlə və bankda əmanətlərlə təmin olunmamış şəxslərə xarici valyutada istehlak kreditlərinin verilməsinin dayandırılmasına dair aprelin 4-də verilən qərar qüvvədə saxlanıb.

Belə çıxır ki, bundan sonra yalnız iki halda xarici valyuta ilə kredit almaq olar:

1. Xarici valyutada gəlirləri olan şəxslər;
2. Banklarda xarici valyutalarda əmanətləri olan şəxslər;

Palata aprelin 4-də bir ay ərzində xarici valyutada gəlirlərlə və bankda əmanətlərlə təmin olunmamış şəxslərə xarici valyutada kreditlərin verilməsini dayandırmışdı. Həmin qərarda qeyd edilirdi ki, qadağanın müddəti sonradan uzadıla da bilər.

Mayın 4-də Palata bu qərarı qüvvədə saxlamaqla yanaşı, ümumilikdə, daşınmaz əmlakın əldə edilməsindən ötrü xarici valyutada kreditlərin verilməsinə qadağa qoyub.

Palata bütün bunlarla yanaşı, manatla da kreditin verilməsini bir xeyli məhdudlaşdırıb. Yəni, vətəndaşlara milli valyutada belə kredit verərkən onun imkanları nəzərə alınacaq. Vətəndaşın gəlirlərinə baxılacaq, bunun nisbətində onun istəyi gerçəkləşdiriləcək. Onun istəyi ilə imkanı üst-üstə düşmürsə, o, əliboş geri qaytarıla da bilər.

Qərar mayın 6-dan qüvvəyə minir.

XS
SM
MD
LG