Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:45

Veteran: 'Erməni yoldaşlarla çörək kəsirdik'


Süleyman Abbasov
Süleyman Abbasov
AzadlıqRadiosunun arxivindən (2016)

►“Onların çoxu indi müharibəyə razı deyil. Qan-qada istəyənlər faşistlərdir”

“416-cı Taqonroq diviziyasında Mozdokdan Berlinə qədər gedən, ehtiyatda olan polkovnik Süleyman Abbasov”...

Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

“Əvvəlcə Kişinyova göndərmişdilər. Sonra Odessa, sonra da bütün cəbhələrdən keçdim, ta Berlinin ətrafına qədər. Berlin ətrafında 11 ay qalmışam. 11 aydan sonra – 1945-ci ilin bu günü – mayın 9-da Berlin alındı”.

5 ildə bir dəfə də yaralanmayıb

Bunu söyləyəndə gözləri qələbə sevinci ilə parıldayır. Deyir ki, 5 il ərzində, bircə dəfə də olsun, yaralanmayıb. Ancaq cəbhədən özü ilə kontuziya gətirib:

“Qələbədən sonra qayıtdıq SSRİ-yə. Bir dəfə də yaralanmadım, ancaq kontuziyam oldu. 1-ci qrup əliləm. Həmişə Allaha dua edirəm ki, xalqımızın, xüsusilə, gənclərin burnuna barıt qoxusu dəyməsin. Pis gün olmasın. Çox ağır günlərdən sonra Qələbə gününə gəldik. Onda gənc idim. Keşkə yenə cavan vaxtım olaydı, ötgün sözüm, kəskin baxtım olaydı...”

Süleyman Abbasov deyir ki, həmin qələbədən indi Azərbaycana da arzulayır. Döyüşlərdə isə SSRİ-nin birlik sayəsində qələbə çaldığını bildirir:

9 mayda Bakıda Sovet Azərbaycanının bayraqları
9 mayda Bakıda Sovet Azərbaycanının bayraqları

“Müharibə vaxtı erməni yoldaşlarla çörəyimizi kəsirdik. Onların çoxu indi müharibəyə razı deyil. Qan-qada istəyənlər faşistlərdir”.

Süleyman Abbasov bu gün ona verilən gül dəstələrinə baxıb “onda da yazın belə gözəl günü idi” deyir.

Nə vaxt müharibə sözü eşitsə, ürəyi qopur

Başqa bir müharibə veteranı, 79 yaşlı Rafiq Hüseynov Ukrayna, Krım cəbhəsində savaşıb:

Rafiq Hwseynov
Rafiq Hwseynov

Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

“Krımda aviasiyada xidmət eləmişəm. Bütün döyüşlərdə də olmuşam. Arzu edirəm ki, bu gözəl qələbə Qarabağda da çalınsın. Gənclərimizə heyfim gəlir, ona görə müharibə istəmirəm. Ancaq torpaqlarımızı almalıyıq, o da var”.

Rafiq Hüseynov deyir, “müharibə” sözü eşidəndə ürəyi qopur, gözünün qabağına müharibə dəhşətləri gəlir. Elə indi də, vaxtilə döyüşdüyü Krıma görə narahatdır:

“O vaxt da Krım Ukraynanın idi. Krım həmişə Ukrayna olub, indi nə siyasətdirsə, atıblar ortalığa”.

1941-1945-ci illər müharibəsi zamanı 600 mindən çox azərbaycanlı cəbhəyə yollanıb. Onların yarıdan çoxu döyüşlərdə həlak olub. 130-a yaxın azərbaycanlı “Sovet İttifaqı Qəhrəmanı” adını alıb.

Hazırda Azərbaycanda 1200-dən çox müharibə veteranı yaşayır.

9 mayda Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin heykəli
9 mayda Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin heykəli

9 may, 2016
9 may, 2016

Bunlara da bax: Müharibə veteranlarının 1-ci toplanışı (1958-ci il)

Müharibə veteranlarının 1-ci toplanışı (1958-ci il)
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Anjelika Mixaylo haqda danışdı

Anjelika Mixaylo haqda danışdı
Gözlə

No media source currently available

0:00 0:04:33 0:00

____________________________________________________________

Bunlara da bax:
Alman ordusunda döyüşmüş azərbaycanlı ilə söhbət (Audio)
«Xəstə» Beynəlxalq Bankın uzunmüddətli müalicəsi
Robotla seks, hətta nigaha girmək mümkün olacaq
XS
SM
MD
LG