Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:34

Prezident vəzifəsindən kənarlaşdırıldı


Dilma Rousseff
Dilma Rousseff

►Senatda səslərin nisbəti göstərir ki, Dilma Russefin impiçmenti gələn ay baş verə bilər

Reuters xəbər verir ki, Braziliya senatı gərgin keçən gecədən sonra prezident Dilma Russefin impiçmenti proseduruna başlanmasına səs verib. Qərarın qəbul olunması üçün sadə səs çoxluğu kifayət idi.

Senat üzvlərinin 55-i qərarın leyhinə, 22-si isə əleyhinə səs verib. Söhbət Russefin məhkəmə müddətində yarım illiyinə hakimiyyətdən uzaqlaşdırılmasından gedir.

Aprelin 18-də isə Braziliya parlamentinin aşağı palatası Russefin impiçmentinə səs vermişdi.

Qərarın leyhinə 367, əleyhinə isə 137 millət vəkili səs vermişdi. 7 nəfərsə bitərəf qalmışdı. Qərarın qəbul olunması üçün ən azı 342 millət vəkilinin onu dəstəkləməsi lazım idi.

MÜVƏQQƏTİ LİDER

Məhkəmə prosesi dövründə Braziliya prezidentinin vəzifələrini ölkənin vitse-prezidenti Michel Temer icra edəcək.

O, hakim koalisiyadan çıxmış Braziliya Demokratik Hərəkatı Partiyasının üzvüdür. Əgər Russefin tamamilə uzaqlaşdırlması barədə qərar qəbul olunarsa, Temer 2018-ci il seçkilərinə qədər hakimiyyətdə qala bilər.

Daimi impiçmentin baş tutması üçün Senat üzvlərinin 2/3-i bu qərara səs verməlidir. Bu baş verərsə, Dilma Russef vəzifəsindən dərhal uzaqlaşdırılacaq və səkkiz il ərzində dövlət vəzifələri tutmaq imkanından məhrum ediləcək. Bununla bağlı səsvermənin iyunda baş tutacağı gözlənilir.

Senatın bugünkü qərarı göstərir ki, impiçment tərəfdarları zəruri çoxluğa nail ola bilirlər.

İTTİHAMLAR

Dilma Russef federal büdcə haqqında qanunu pozmaqda və dövlət banklarının kreditlərindən 2014-cü ilin prezident seçkiləri ərəfəsində böyümüş büdcə kəsrini ört-basdır etmək üçün istifadə etməkdə ittiham olunur.

Lula da Silva
Lula da Silva

Russefin özü bunu cinayət hesab etmir, çünki onun sələfləri də bu üsuldan istifadə ediblər.

Müxalifət hələ Braziliyanın dövlət neft şirkəti olan Petrobras ətrafında yaşanan qalmaqal əsnasında Russefin impiçmentinə nail olmağa çalışırdı. Russef siyasətə gəlməzdən əvvəl Petrobrasın direktorlar şurasının sədri olub. Prokurorluğun araşdırması göstərir ki, həmin vaxtlarda şirkətdə irimiqyaslı pozuntulara yol verilib. Belə ki, tikinti şirkətləri iri sifarişlər müqabilində Petrobrasın top-menecerlərinə iri məbləğlərdə rüşvət veriblər. Üstəlik siyasətçilərə də böyük məbləğdə rüşvət ötürülüb.

Hətta ölkənin hüquq mühafizə orqanları keçmiş prezident və Russefin müəllimi olmuş Luiz Inácio Lula da Silvaya da çirkli pulların yuyulması ittihamını irəli sürmək istəyiblər. Ancaq məlum olub ki, o bir tikinti şirkətindən rüşvət kimi sahildə tikilmiş yaşayış kompleksindən mənzil alıb və bu barədə məlumat verməyib.

XS
SM
MD
LG