Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:57

İşgəncə iddialarına cavab vermək istəyən yoxdu


Bayram Məmmədov
Bayram Məmmədov

►Daxili İşlər Nazirliyi şərh vermir, Ombudsman aparatı araşdırdığını deyir, İşçi Qrup “həftəsonu nəsə deyə bilər”

OMBUDSMAN APARATI ARAŞDIRIR

Polis bölməsində işgəncəyə məruz qaldığını bildirən NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun şikayəti Ombudsman Aparatı tərəfindən nəzarətə götürülüb, araşdırılır.

Bu haqda AzadlıqRadiosuna aparatdan məlumat verilib. Qurumdan deyilir ki, araşdırma başa çatmadığı üçün nəticələr haqqında mayın 18-də məlumat verə biləcəklər.

Bayram Məmmədovun mayın 16-da saxlanma təcridxanasından göndərdiyi izahatda onun Bakının Nərimanov rayon polis idarəsinin 12 saylı bölməsində, müvəqqəti saxlama yerində işgəncələrə məruz qalması təsvir olunur.

O, polis əməkdaşları tərəfindən dəfələrlə döyüldüyünü, hətta zorlanma təhdidi altında narkotik ittihamına imza atdığını bildirir.

Vəkil Elçin Sadıqov mayın 17-də ombudsmana müraciət edərək onun Bayram Məmmədovla görüşməsini, işgəncə halının araşdırılmaısnı istəmişdi.

SADİQ GÖZƏLOV: “XƏBƏRSİZƏM”

Bayram Məmmədovun işgəncə haqda yazdığı məktub
Bayram Məmmədovun işgəncə haqda yazdığı məktub

Mayın 17-də hüquq-mühafizə orqanlarından bu iddianın araşdırılıb-araşdırılmadığını öyrənmək istədik.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov AzadlıqRadiosuna iki gündür Gəncədə olduğundan hər şeydən xəbərsiz qaldığını bildirdi.

Mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bununla bağlı polisdən şikayət edilmiş quruma müraciət etməyi məsləhət gördü.

“Əməkdaşlarınız işgəncə verməkdə ittiham edilir, buna münasibət bildirəcəksizmi” dedikdən sonra Zahidov az sonra əlaqə saxlamağı məsləhət gördü. Amma bir daha onunla və ya xidmətin şöbə rəisi Orxan Mansurzadə ilə danışa bilmədik.

Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdan da deyilənlərin araşdırılması haqda məlumat almaq cəhdimiz uğursuzluqla nəticələndi.

____________________________________________________________

Bunlara da bax:
Mehriban Əliyevadan 10 min nəfərlik amnistiya təşəbbüsü
Naxçıvanda «sosialızm qurulub»

____________________________________________________________

İŞÇİ QRUP İŞİ NƏZARƏTƏ GÖTÜRÜB

İnsan haqları üzrə işçi qrup da araşdırmaya başladığını bildirir. Hüquq müdafiəçisi Səidə Qocamanlının sözlərinə görə, hələlik, hadisə ilə bağlı şərh vermək istəmirlər.

“Hələlik, heç bir nəticə yoxdur. Biz bu problemlə bağlı işləyir, məlumat toplayırıq. Yəni problemi nəzarətimizdə saxlayırıq. Yəqin həftəsonu nəsə deyə bilərik”, - söyləyir hüquq müdafiəçisi.

DEPUTAT: “DANIŞMAQ İSTƏMİRƏM”

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Astan Şahverdiyev isə bu haqda danışmaq istəmədiyini söylədi. “Dəqiq bilmirəm, danışmaq istəmirəm. Xəbərim yoxdur. Nəsə deyirəm, sonra bəzəyirsiz”, söyləməklə kifayətləndi.

VƏKİL: “ARAŞDIRMANI GÖZLƏYİRİK”

Elçin Sadıqov
Elçin Sadıqov

Vəkil Elçin Sadıqov deyir ki, hüququnu müdafiə etdiyi gənclərlə mayın 18-də məhkəmədə görüşəcək. Onların haqqında həbs qətimkan tədbirinin çıxarılmasından appelyasiya şikayəti verilib.

Elçin Sadıqov deyir ki, işgəncə halının araşdırılması ilə bağlı məhkəmənin qərarı var. “Araşdırmanı gözləyirik. Əks halda, Avropa İnsan Haqları Məhkəməsinə qədər gedəcəyik”, - vəkil bildirir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Qiyasəddin İbrahim və Bayram Məmmədovun hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Gənclər özləri isə həbslərinin siyasi motivli olduğunu bildirirlər. Onların sözlərinə görə, mayın 10-da mərhum prezident Heydər Əliyevin heykəli üzərinə “Qul bayramınız mübarək” yazdıqlarına görə həbs olunublar.

Beynəlxalq qurumlar gənc fəalların siyasi motivlə həbs olunduğu barədə bəyanatlar yayıblar.

Hər il mayın 10-da keçmiş prezident Heydər Əliyevin doğum günü münasibətilə gül bayramı keçirilir. Tənqid edilən bayram bu il cəbhə xəttində baş verənlərə görə təxirə salınıb.

Gənclər bir günün içində necə "narkoman" oldu?

Gənclər bir günün içində necə "narkoman" oldu?
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (17 may)

Kimə deyirsən, işgəncəyə münasibət bildir, qaçır…

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (17 may)

"Araşdırmırsa, deməli, işgəncələrin arxasında dövlət dayanır"
Ramil Usubovun polisdəki işgəncələrdən xəbəri var?

XS
SM
MD
LG