-
"O zaman, hələ də düşünürdülər ki, uşaq sırf atadan doğulur, ana yalnız doğuş vasitəsidir. Buna görə də yeni-Platonçu şairlərin hamısı -Şekspir daxil olmaqla- həmişə kişiyə vurulub, kişinin gözəlliyini öyüblər. Eyni yanaşmanı İran, ərəb və öz şairlərimizdə də görürük. Son 150 ilədək, bütün sevgi şeirləri bu səbəbdən oğlan üçün yazılıb. Bu, eşcinsəllik deyil."
ŞEKSPİRİN SONETLƏRİ
Tərcümə və izahlar: Dalğa Xatınoğlu
Birinci hissə
Sonet I, II və III
Şekspirin (Shakespeare) 154 sonet toplusunun ilk 17 şeiri doğuşla bağlıdır.
O, qədim yunan filosofu Platonun "Simpozium" əsərindən təsirlənmişdi. Bu əsərdə sevginin mənası gözəlliyi yenidən yaratmaqdır. İnsan o zaman nəyəsə vurulur ki, onu yenidən yaratmaq həvəsində olsun.
"Simpozium" əsərində Sokrat Diotima adlı bir rahibənin dilindən sevgi haqda deyir ki, sevginin son qayəsi yaradılış və gözəlliyi yenidən doğmaqdır… Bütün canlılar öləsidir, onların qalarğılıq sirri yalnız doğuşdadır. Sevgi ölməzlik istəyində olmalıdır.
Şekspir birinci sonetində deyir ki, qısa ömürlü qızılgülün gözəlliyi yüzillərdən bəri hələ də durubsa, bu, onun çoxalması və doğuşuna görədir.
O zaman, hələ də düşünürdülər ki, uşaq sırf atadan doğulur, ana yalnız doğuş vasitəsidir. Buna görə də yeni-Platonçu (neo-Platonic) şairlərin hamısı -Şekspir daxil olmaqla- həmişə kişiyə vurulub, kişinin gözəlliyini öyüblər.
Buna görə Şekspirin bu 17 sonetdə sözlər oğlana ünvanlanıb. Bunlar eşcinsəl istəklər deyil, sırf Platondan qalmış bir ənənə ucbatından, şeirləri bir oğlana ünvanlanıb, o, öz gözəlliyini, gəncliyini və varlığını yeni nəsil doğurmaqla davam etdirməlidir.
Eyni yanaşmanı İran, ərəb və öz şairlərimizdə də görürük. Son 150 ilədək, bütün sevgi şeirləri bir oğlan üçün yazılıb, qadın sevgiliyə şeir yazmaq yeni bir şeydir. Bu, eşcinsəllik deyil. Aşağıdakı sonetlərdə "Simpozium" və başqa qədim yunan şairləri, filosoflarının əsərləri və miflərdən olan örnəkləri yeri gəldikcə göstərəcəyik.
BİRİNCİ SONET
Hər an,
Gözəlliyin artmasını istər insan,
Artmaq;
Qızılgül gözəlliyinin ölməzlik sirri.
Onsuz da, gec-tez,
Əli üzülməli budaqdan yetgin meyvənin,
Sonra yerində göyərmiş
Ufacıq tumurcuqlar yaşadacaq xatirəsin.
Ah sən,
Öz parlaq gözlərinə vurğun,
Özünü yem etdin saçdığın gözəlliyə şam kimi.
Özünə qənim kəsildin amansızca,
Qıtlığa gömüncə bolluğunu xam kimi.
Yaz müjdəsi verən ayələrdir üzündəki hər cizgi
Dünyanın bəzəyidir vərəq-vərəq o ləçəklər,
Düşün bunu gül kimi açıl,
Gömmə o parlaq gözəlliyi,
Gömmə tumurcuğuna xəsiscəsinə,
Aç ovcunu gül kimi açıl.
Qıyma dünyanın payını yesin acgözcəsinə,
Bir yandan qəbir,
O bir yandan sən...
Orijinalı: Sonnet No 1
From fairest creatures we desire increase,
That thereby beauty's rose might never die,
But as the riper should by time decease,
His tender heir might bear his memory:
But thou contracted to thine own bright eyes,
Feed'st thy light's flame with self-substantial fuel,
Making a famine where abundance lies,
Thy self thy foe, to thy sweet self too cruel:
Thou that art now the world's fresh ornament,
And only herald to the gaudy spring,
Within thine own bud buriest thy content,
And, tender churl, mak'st waste in niggarding:
Pity the world, or else this glutton be,
To eat the world's due, by the grave and thee.
İzahlar:
From fairest creatures: Dünyada ən gözəl məxluqlar içində, ən gözəllərinin (artmasını istəyirik)
Increase: Artmaq. Ola bilsin İncilin Əski Çağ bölməsinin (Əhdi-Ətiq) 27, 28-ci ayəslərini xatırladır: Tanrı özünə bənzər gözəl yaratdığı insana dedi, nəslinizi artırın və yer üzünü doldurun. Ancaq Şekspir dini motivləri deyil, həmişə əski Yunan və Roma miflərini əsərlərində canlandırıb.
That thereby: Bu vasitə ilə, bu aracla.
Beauty’s rose: Roz gülü gözəllik simvoludur.
His tender heir might bear his memory: Onun körpə varisi onun xatirəsini (yenidən) doğmağa/daşımağa qadirdir.
But thou contracted to thine own bright eyes: Thou: Sən, contracted: Bağlanmısan, thine: özünün
Feed'st: Qidalandırırsan. Thy: Sənin
Famine: Qıtlıq, sonsuzluq, Abundance: bolluq
Thy self thy foe, to thy sweet self too cruel: Özünə özün düşmənsən, Öz şirinliyinə (gözəlliyinə) qarşı amansızsan
Bud: Tumurcuq. Buriest: Gömürsən. Content: İçindəkini, spermanı; həmçinin "content" ləzzət mənası daşıyır: masturbasiya
Tender churl: Nadan gənc, Kəndli gənc
Mak'st waste in niggarding: Xəsisliklə zay edirsən
Pity the world: Dünyaya rəhm et, Dünyaya qıyma
To eat the world's due, by the grave and thee: Yoxsa bu acgöz (sənin acgözlüyün) sənin və qəbirin vasitəsilə dünyanın payını (gözəlliyini) udacaq.
İKİNCİ SONET
İkinci sonetdə, Şekspir gəncə xəbərdarlıq edir ki, qocalmadan öncə, səndə olan bu gözəlliyi öz övladına bağışla.
Bu şeir döyüş və seks terminləri ilə doludur ki, bu da zamanın gözəlliklə olan döyüşünü xatırladır: Necə də yaxşı olar bir gün səndən soruşsalar ki, haraya getdi o gözəlliyin, necə oldu o gəncliyin? Uşağını göstərib deyəsən ki, heç yerə getməyib, heç yerdə itməyib, bu uşağa bağışlamışam.
Alnını bürüyürsə qırx ilin qış qırışı,
Qalanı sarmış dərin xəndək,
Bağçaya caynaq atmış kotandək,
İndilik, əynində parlar o uniforma,
Ərpimiş cındıra dönüncə bir gün,
O zaman,
Harada qaldı gözəlliyin?
Harada talandı gənclik xəzinən? - sorsalar,
Tükədici utanc, cılız öyünc olar,
Üz çuxurunda,
Göz batığında arasan onları.
Ama necə də gözəl olur deyə bilsən bir:
İtirmədim ki,
Tükənmədi o gözəllik, bir bax,
Budur körpəmə bağışladım büsbütün.
Yenidən doğurur səni qocaldığın an,
Və soyuq qanının,
Bir gəncin damarlarında axdığıni gör.
Orijinalı: Sonnet No 2
When forty winters shall besiege thy brow,
And dig deep trenches in thy beauty's field,
Thy youth's proud livery so gazed on now,
Will be a totter'd weed of small worth held:
Then being asked, where all thy beauty lies,
Where all the treasure of thy lusty days;
To say, within thine own deep sunken eyes,
Were an all-eating shame, and thriftless praise.
How much more praise deserv'd thy beauty's use,
If thou couldst answer 'This fair child of mine
Shall sum my count, and make my old excuse,'
Proving his beauty by succession thine!
This were to be new made when thou art old,
And see thy blood warm when thou feel'st it cold.
Forty winters: 40 qış, 40 yaş. Besiege: Əhatə etmək, mühasirə etmək
Trenches: qala çevrəsinə çəkilmiş xəndək, Kotanın torpağa saldığı izlər
Livery: Uniforma, Kralların sarayında xüsusi geyim
Totter'd weed of small worth held: Dəyərsiz əprimiş cinder
Treasure: Xəzinə, Sperma mənası da verir. Lusty: Güclü, burada cinsi baxımdan güclü bisiri anlamına da gəlir.
To say: Cavab versən ki. Deep sunken eyes: Dərin batmış gözlərin
An all-eating shame: Hər şeyi yeyib, əridən utanc, Thriftless praise: Yersiz öymək, dəyərindən artıq, hesab-kitabsız tərif.
Beauty's use: Gözəlliyin istifadəsi, Use - həmçinin sələm pulunun faizi deməkdir. Burada insan özünü bir sevgiliyə verir, bir körpə qazanır, yəni özünü verib, artıqlaması ilə verdiyini alır. Use - həmçinin cinsi anlamı var. Fair: gözəl
Succession: Vərəsəlik, Proving: Çevrilmək.
ÜÇÜNCÜ SONET
Şekspir 3-cü sonetində, eyhamla Katolik papalar və rahibələrin subaylığını tənqid edərək, bildirir ki, üzünün önündə öz övladının gözü olmayanın, qəbir daşı olması daha yaxşı.
İnsan özünü tanımaq üçün övlad gözündə özünə baxmalı, öz gəncliyini yenidən görməlidir.
Bundan öncə də işarə etdim ki, Şekspir Xristian dinindən öncəki klassik dünyaya (Klassik ədəbiyyat deyəndə yalnız Yunan və Roma ədəbiyyatı nəzərdə tutulur. Məsələn, Nizami, Şekspir, Dante və Füzuli klassik şair deyillər, neo-klassikdirlər) üz tutur. Katolik xadimlərinin son qayəsi həqiqəti kəşf etməkdir, ancaq Şekspirin fikrincə, onlar yalnız gəncliyi qocalığa tapşıran məğrur axmaqlardırlar.
Burada Tövratın 28-ci fəslində Tamar xanımın hekayəsini oxumağı önərirəm. Əri Er öldükdə, qaynatası Erin kiçik qardaşı Onana deyir ki, Tamar ilə evlənsin, ancaq o hər dəfə cinsi münasibətin sonunda özünü qadında boşaltmaqdan boyun qaçırır və tanrının qəzəbinə tuş gəlib, ölür.
Güzgüyə baxıb,
Gördüyün üzə bir dillən:
Bu üz, yeni bir üz yaratmalı həmən.
Gəncliyini,
Bir körpəyə bağışla qocalığın yerinə,
Yoxsa dünyanı aldatmış,
Bir ana taleyin pozmuş olursan.
Hansı bağça kotandan üz çevirəcək qədər məğrur?
Gül əkən bağban əlinə xor baxacaq qədər axmaq?
Və hansı ağılsız, məncil var ki,
Ürəyinə qəbir etsin bədənin?
Sən ananın güzgüsü,
Üzünə baxırkən ilk baharını xatırlar əlbət,
Sən də,
O güzgü gözlərinə baxınca körpənin,
Üzündəki qırış yerinə,
Körpəliyin görünəcək gözlərinə.
Yoxsa sənin sonundur sonsuzluğun,
Özünlə birgə qəbirə gömülür üzün....
Orijinalı: Sonnet No 3
Look in thy glass and tell the face thou viewest
Now is the time that face should form another;
Whose fresh repair if now thou not renewest,
Thou dost beguile the world, unbless some mother.
For where is she so fair whose uneared womb
Disdains the tillage of thy husbandry?
Or who is he so fond will be the tomb
Of his self-love, to stop posterity?
Thou art thy mother's glass and she in thee
Calls back the lovely April of her prime;
So thou through windows of thine age shalt see,
Despite of wrinkles, this thy golden time.
But if thou live, remembered not to be,
Die single and thine image dies with thee.
Glass: Güzgü
Whose: Onun (Güzgüdə gördüyün üzün)
Beguile: Aldatmaq. Yəni təbiət sənə gözəlliyini əmanət verib, qaytarmasan, onu aldatmış olursan.
Unbless some mother: Ana olmaq şansi olan birisindən xoşbəxtliyi əsirgəyirsən
For where is she so fair: Buna görə ki, hansı qadın o qədər gözəldir ki…(Məğrur, saymazdır ki). Uneared: Şumlanmamış torpaq.
Disdains: Lağa qoymaq, Tillage: Bağbanlıq, əkin işi
Husbandry: Həm ailə, həm də bağbanlıq anlamına gəlir.
Fond: Axmaq, Self-love: Özünə vurğun, məncil. Posterity: Doğuş
Call back: Xatırlamaq. Prime: Gəncliyin ilk baharı.
Remembered not to be: Xatirələrdə qalmaq istəməsən…