Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:55

“Barmağımı kəsib yoldaşıma göndərdilər"- Bakıda çinli adam oğruları


İllüstrasiya
İllüstrasiya

►6 il əvvəl barəsində hökm çıxarılmış Yanq qardaşları azadlığa çıxmaq istəyirlər

6 il əvvəl Azərbaycan məhkəməsi onları adam oğurluğuna görə mühakimə edib.

Vaxtında apellyasiya şikayəti verməyiblər. İndi isə şikayətin verilmə müddətini bərpa etmək istəyirlər deyə, Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət ediblər.

Mayın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Çin Xalq Respublikasının vətəndaşları Li Vanq Yanq və onun qardaşı Tanq Vanq Yanq-ın məhkəməsi başlayıb. Məhkəmə iclasına hakim Əlisultan Osmanov sədrlik edir.

Çinli qardaşlar hələ 6 il əvvəl bu məhkəmə tərəfindən adam oğurluğuna görə mühakimə olunan çinlilərdən ibarət dəstənin içərisində olublar.

“ŞƏHADƏT BARMAĞIMI KƏSİB YOLDAŞIMA GÖNDƏRDİLƏR”

Məhkəmənin hökmünə görə, Ci Fonq Pinq, Hu Ye, Li Vanq Yanq, Li Tanq Yanq, Yu Çanq Bin, Jhen Go Van, Jhen Si Hun və Yu Huen 2009-cu il noyabrın 13-də Çin Xalq Respublikasının vətəndaşı Liu Genyong-u və onun qardaşı Liu Xiaolein-i Masallı rayonu ərazisindən oğurlayaraq Bakı şəhərinə gətiriblər.

Onları 2 gün zirzəmi şəraitində əl-ayağı bağlı saxlayıblar. Liu Genyong-un həyat yoldaşı Huonq Suzhen-dən 22 min ABŞ dolları alıb hər iki qardaşı azad ediblər.

____________________________________________________________

Bunlara da bax:
Azərbaycandakı işgəncə metodları: "Slonik", falaqqa...
Qiyas İbrahimin anası: «O gətirdiklərini mənim yatağıma qoydular»

____________________________________________________________

2010-cu ildə isə dəstə üzvləri Bakıda başqa həmvətənləri Zhanq Venli-ni oğurlayıblar. Onun azad edilməsi üçün həyat yoldaşından 300 min ABŞ dolları istəyiblər. Zhanq Venli-nin həmin vaxt məhkəmədə verdiyi ifadəsindən:

“Onlar həyat yoldaşıma telefonda dedilər ki, pul çatmasa, məni öldürəcəklər. Sonra həyat yoldaşıma şəhadət barmağımı kəsib göndərdilər. Mənə çoxlu işgəncə verdilər”.

“BAŞLARINI SAXLAYIBLAR”

Dəstə üzvləri məhkəməyə etiraf ediblər ki, onlar Bakıda müxtəlif tikinti işlərində fəhləliklə məşğul olarkən məhz öz ölkələrindən olan şəxsləri araşdırıb tapır, onları oğurlayır və ailələrindən pul tələb ediblər. Bu yolla da yad ölkədə “başlarını saxlayıblar”.

Məhkəmə dəstə üzvlərini 11 ildən 13 ilədək azadlıqdan məhrum edib. Həmin vaxt məhkum olunanlar hökmdən apellyasiya şikayəti vermədiklərindən hökm qüvvəyə minib. 6 ildən sonra Li Vanq Yanqvə Tanq Vanq Yanq qardaşları cəzanın qalan hissəsindən azad olmaq istəyi ilə apellyasiya şikayəti vermək qərarına gəliblər.

Lakin bu gün tərcüməçi iclasa gəlmədiyindən proses mayın 26-dək təxirə salınıb.

Buna da bax: Avropanın raketdən müdafiə sistemi belə işləyəcək

Mayın 12-də Rumıniyanın Deveselu şəhərində yerləşən hərbi bazada "Aegis" ABŞ yürüstü RMS kompleksinin açılışı mərasimi baş tutub. Bundan dərhal sonra Polşanın Redzikovo ərazisində ABŞ-ın analoji RMS komplekslərinin tikintisinə başlanacaq. Hər iki bazanın tikilməsi ABŞ və NATO-nun Avropada RMS sisteminin yaradılması planının ikinci və üçüncü mərhələsi çərçivəsində həyata keçirilir. Məqsəd İran, Şimali Koreya kimi ölkələrdən ola biləcək raket hücumlarını önləməkdir. Rusiya isə sistemin onun təhlükəsizliyinə hədə olduğunu deyir.

Sistemin təxmini iş mexanizmi aşağıdakı infoqrafikada.

DİNLƏ: Günün əsas hadisələri Azadıq Radiosunda (18 may)

Qiyas İbrahimin anası: “Qorxmasaydılar, oğlumun da, mənim də qanımı ordaca içərdilər”

BAX: Günün əsas hadisələri Azadıq Radiosunun TV proqramında (18 may)

"İqtisadi böhran dərinləşir"
XS
SM
MD
LG