-
69-cu Kann (Cannes) Beynəlxalq Film Festivalının qalibləri elan edilib
Britaniyalı rejissor Ken Loach festivalın əsas mükafatı olan Qızıl Palma budağı mükafatını qazandı. İkinci dəfədir ki, o, bu mükafata layiq görülür.
Onun mükafat qazanan filmi bu il çəkilib. İngiltərənin şimalında yaşayan, ürək infarktından sonra yaramaz səhiyyə sistemində səhhəti uğrunda çarpışan ortayaşlı bir dul kişi, dülgər Daniel Blake'in hekayətini danışır. Loach mükafatını alanda deyib ki, onun sosial realist filminin qalib gəlməsi ümid mesajıdır.
"Həyatımızı qəddar düşüncələrlə qururuq, ən həssas insanlara deyirlər ki, onların kasıblığı öz təqsirləridir. İşsizsənsə, öz təqsirindir..." - filmi bu festivalda müzakirə olunarkən rejissor Loach deyib.
Loach indiyə qədər bu festivalda 12 film yarışdırınb.
Ən yaxşı ssenariyə görə mükafatı iranlı rejissor Ashgar Farhadi "Satıcı" filminə görə aldı. İranlı aktyor Shahab Hosseini isə onun filmində oynadığı Ən yaxşı aktyor roluna görə mükafatlandırıldı.