Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:58

Cahangir Hacıyevin ürəyi ağrıyır


Cahangir Hacıyev
Cahangir Hacıyev

-

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin səhhəti yenidən pisləşib.

Bunu AzadlıqRadiosuna C.Hacıyevin vəkili Aqil Layıcov bildirib.

A.Layıcov mayın 24-də yenidən C.Hacıyevlə görüşdüyünü deyir: «Onun səhhəti dünən yenidən pisləşib. Həkimlər Cahangir Hacıyevə ilkin yardım göstəriblər. Mütəmadi olaraq ailəsi onu dərman preparatları ilə təmin edir. Onun demək olar ki, hər gün vəziyyəti pisləşir».

Vəkilin bildirməsinə görə, C.Hacıyev həbsxana şəraitində saxlandıqca, sağlıq durumu pisləşəcək: «Bu, ürək xəstəliyidir, hətta bununla bağlı 2012-2013-cü illərdə ABŞ-da müalicə alarkən həkimlərin rəyləri var və biz bu rəyləri istintaqa təqdim etmişik. C.Hacıyev daha çox açıq, təmiz havada olmalı, gəzməlidir. Amma həbsxana şəraitində bu mümkün deyil və bu, uzunmüddətli stasionar müalicə tələb edir».

Aqil Layıcov keçmiş bankirin ötən həftə də halının pisləşdiyi ilə bağlı məlumat yaymışdı.

C.Hacıyev ötən il dekabrın 5-də həbs edilib. O, CM-nin iki maddəsi – 179.3.3 (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Bankirin vəkillərindən Əfqan Məmmədov bu ayın əvvəlində C.Hacıyevin konkret 42 milyon manat mənimsəməkdə ittiham olunduğunu açıqlamışdı. Vəkil həmçinin demişdi ki, C.Hacıyev mənimsədiyi iddia olunan vəsaitə əvəz bankdakı 80 milyon manatlıq səhmlərindən imtina edib.

«C.Hacıyev niyə həbs edildiyini başa düşmür. O, istintaqdan gizlənməyib, bütün dindirmələrə gəlirdi. Onu 42 mln. mənimsəməkdə ittiham edirlər. O isə 80 mln. qaytarıbsa, hansı mənimsəmədən söhbət gedir? Kim kimin vəsaitini mənimsəyib?», - deyə vəkil sual etmişdi.

XS
SM
MD
LG