Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:25

«MB yalan deməyə alışıb.... faiz artsa dollar bahalaşacaq»


AZN, Azərbaycan 1 manatlığı
AZN, Azərbaycan 1 manatlığı

-

ABŞ Mərkəzi Bankının rəhbəri: Faiz artırılacaq

Ekspert faiz artımından sonra manatın dollar qarşısında dəyər itirəcəyini proqnozlaşdırır

ABŞ Mərkəz Bankı – Federal Ehtiyat Sisteminin (FES-in) sədri Janet Yellen növbəti aylarda faiz artımının mümkünlüyündən danışıb.

Yellen Harvard Universitetindəki görüşdə ölkənin tanınınmış iqtisadçılarından Gregory Mankiw-nun suallarını cavablayıb.

Yellen iqtisadiyyatın tam məşğulluq olaraq qəbul edilən işsizlik nisbətinə çatdığını və inflyasiyanın 2 faiz hədəfinə yaxınlaşdığını bildirib: "Daha əvvəl də dediyim kimi, FES faizləri zaman içində pilləli və diqqətli şəkildə yüksəldə biləcək. Bir sonrakı faiz artımı növbəti aylarda baş verə bilər".

Tarix təkrarlanır

Bütün dünyada olduğu kimi, Azərbaycanda da FES qərarları yaxından izlənsə də, dünyadan fərqli olaraq, rəsmi qurumların reaksiyası adekvat deyil. Məsələn, bir neçə gün öncə Azərbaycan Mərkəzi Bankı (MB) İdarə Heyətinin sədri Elman Rüstəmov FES-in faiz dərəcəsinin maliyyə bazarına təsirinə münasibət bildirib. Onun sözlərinə görə, faiz artımı dolların məzənnəsinə ciddi təsir göstərməyəcək:

"Düşünmürəm ki, neftin qiymətində hər hansı ciddi dəyişiklik olsun. BP-nin təqdimatı da göstərir ki, 2035-ci ilədək neftin qiymətləri dəyişməz qalacaq qalacaq. Fikrimcə, FES-in faiz dərəcələrini artırması Azərbaycanın maliyyə bazarlarına əhəmiyyətli dərəcədə təsir etməyəcək. Bizdə başlıca və fundamental məsələ neftin qiyməti, tərəfdaş ölkələrin valyutasında dəyişiklik, ölkənin ödəmə balansının vəziyyətidir".

Bəyanat 2-ci devalvasiyadan öncəki zamanı xatırladır. Həmin vaxt da FES faiz artımına gedərkən, MB bunun manata təsirlərini inkar etmişdi.

Ötən il dekabrın 17-də adının çəkilməsini istəməyən MB rəsmisi FES qərarının manata təsirsiz ötüşməyəcəyini söyləsə də, ardınca MB-nin təkzibi səslənmişdi: “MB ABŞ-ın Federal Ehtiyatlar Sisteminin ABŞ dollarının uçot dərəcəsini artırmaqla bağlı qərarının manatın ABŞ dollarına qarşı məzənnəsinə təsirinə dair hər hansı rəsmi açıqlama verməyib. Manatın ABŞ dollarına qarşı məzənnəsi sabit dinamikada davam edir”.

Daha öncə - manatın 34 faizlik fevral devalvasiyasından bir neçə gün öncə də MB İdarə Heyətinin sədri Elman Rüstəmov manatın kəskin ucuzlaşmayacağını bildirmişdi.

«Dekabr devalvasiyası FES dərəcə artırmasından sonra oldu»

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, FES dərəcəni artırsa, dollar bütün dünyada bahalaşacaq: “Neftin qiyməti düşəcək yenə. Deməli, milli valyutalar hər yerdə, o cümlədən Azərbaycanda zəifləyəcək. Xatırladıram ki, dekabr devalvasiyası bizdə məhz FES-in dərəcəsinin qalxmasından sonra oldu. Əlbəttə, ola bilər ki, hazırda bizə kəskin təsir etməsin, çünki dövriyyədəki manat kütləsi azalıb və dollar almağa pul yoxdur. Amma müəyyən mənfi təsiri mütləq olacaq”.

«Sonra da deyəcək ki, manat üzür»

Ekspertin fikrincə, MB-nin indiki siyasəti yanlışdır: “MB yalan deməyə alışıb. Onsuz da onun sözünün əhəmiyyəti yoxdur, amma manatı mütləq dəyərdən salacaq. Ola bilər dərhal etməsin, amma qısa müddətdə təsirini büruzə verəcək. O vaxt da MB deyəcək ki, manat üzür, dəyərini bazar müəyyən etdi”.

XS
SM
MD
LG