Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:28

Qiymət qaldırmaqda suçlananlar məhkəmə önündə


İllüstrasiya
İllüstrasiya

►Cinayət işinin materiallarına görə, "Grateziano" adlı dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satılması müəyyən edilib

Bu ilin yanvarında prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında manatın devalvasiyasından istifadə edib qiymətləri süni şəkildə artıranlar barədə danışdı.

Bundan sonra həbslər başladı, aptek müdirləri, quşçuluq firmalarının rəhbərləri və digərləri tutuldu.

Süni qiymət artımı ittihamı ilə həbs olunanlar arasında "Alfa Med" MMC-nin təsisçisi Əfqan Xudaverdiyev və bu qurumun satış üzrə meneceri İbadulla Hüseynov da vardı. Əfqan Xudaverdiyev həm də Azərbaycan Tibb Universitetində işləyirdi.

“ƏSASLANDIRMALARIN HEÇ BİRİ UYĞUN GƏLMİR”

Adları çəkilən şəxslər iyunun 1-də məhkəmə qarşısına çıxarılıb. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər heyəti baxır.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin vəkilləri Cavad CavadovQubadəli Rzayev onların barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı və ya başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri ilə əvəz olunması haqda vəsatət qaldırıb.

____________________________________________________________

Bunlara da bax:
Miqrantların adı yenə seksual təcavüz qalmaqalında
Rusiyada "Kadırov körpüsü"nə etiraz

____________________________________________________________

"Hüquqlarını müdafiə etdiyim şəxs barəsində həbs seçilən zaman qanunvericiliyin tələbləri pozulub. Bir adamı həbs edirsənsə, konkret əsaslandırmalar olmalıdır. Bu əsaslandırmaların heç biri ona uyğun gəlmir. Halbuki, o, azadlıqda ola-ola istintaq davam edə bilərdi. Artıq istintaq bitib, heç olmasa, indi həbs-qətimkan tədbirini dəyişin", – vəkil Qubadəli Rzayev deyib.

DƏRMAN DƏYƏRİNDƏN DƏFƏLƏRLƏ BAHA SATILIB

Məhkəmə vəkillərin vəsatətlərini təmin etməyib. İş məhkəmə baxışına verilib və növbəti iclas iyunun 7-nə təyin olunub.

Cinayət işinin materiallarına görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət əsasında araşdırma aparılıb və "Grateziano" adlı dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satılması müəyyən edilib:

"Şirkətin anbarından isə külli miqdarda gömrük bəyannaməsi olmayan dərmanlar aşkarlanıb. Eyni zamanda, şirkət tərəfindən 48 adda külli miqdarda müxtəlif dərman və tibbi ləvazimatlar aşkar edilib, həmin dərmanların Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlərdən daha artıq qiymətə satılması müəyyən edilib".

Əfqan Xudaverdiyev və İbadulla Hüseynova qarşı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma) maddələrilə ittiham irəli sürülüb. Lakin onlar özlərini təqsirli bilmir və ittihamı qəbul etmirlər.

Buna da bax: İsveçrədə dünyanın ən uzun tuneli açıldı

İsveçrədə dünyanın ən uzun tuneli açıldı
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

XS
SM
MD
LG