Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:13

Avropa Birliyində kim nədən narazıdır?


Iyunun 23-də Böyük Britaniyada referendumdur. Britaniya əhalisi Avropa Birliyində qalıb-qalmamağa səs verəcək. Brüsseldə qərarlaşan qurumardan çıxmaq qərarı Brexit adını alıb.

Bu arada Pew Araşdırma Mərkəzi Avropa Birliyi ölkələrində sorğu aparıb və məlum olur ki, Avropa Birliyinin öz daxilində evroskeptizm artır.

Bununla belə, Avropa Birliyinin 28 ölkəsində əksəriyyət hesab edir ki, Britaniyanın çıxmağı Avropa Birliyinə ziyandır.

Avropa Birliyinin ən qatı tərəfdarları polyaklardır – 71 faiz və macarlardır – 61 faiz.

Avropa Birliyinə ən az tərəfdar Yunanıstandadır – 27 faiz. Fransada belə düşünənlər 38, İspaniyada 47 faizdir. Britaniyada 44 faiz Avropa Birliyinə tərəfdardır.

Avropa Birliyinin iqtisadi məsələri necə həll etməyi yunanların 92 faizinin xoşuna gəlmir. Bu narazılıq İtaliyada 68 faiz, Fransada 66 faiz, İspaniyada 65 faizdir.

Bəs Britaniya Avropa Birliyindən çıxsa? Maraqlıdır ki, fransızların 32 faizi bunu müsbət sayır.

XS
SM
MD
LG