Oyun 0:1 hesabı ilə Xorvatiya millisinin xeyrinə qurtardı.
Bu dəfə Ivan Perisic fərqlənə bilərdi.
71-ci dəqiqədə qapı çatı yenə Türkiyəni xilas elədi.
Xorvatiya millisinin kapitanı Darijo Srna 51-ci dəqiqədə cərimə zərbəsindən hesabı az qala artırmışdı.
Qapı çatı Türkiyəni xilas elədi.
Oyunun ikinci hissəsi başladı.
Xorvatiya millisinin 10 nömrəli forvardı Modriç 41-ci dəqiqədə hesabı açdı.
Türkiyə millisinin oyunçusu Ozan Tufan 29-cu dəqiqədə hesabı açmağa çox yaxın idi.
Amma o, topu başı ilə düz qapıçının üstünə yönəltdi.
Fransada futbol üzrə Avropa çempionatı qrup mərhələsinin oyunları davam edir.
D qrupunda Türkiyə və Xorvatiya milliləri qarşılaşır.
Bu qrupda mübarizə aparan İspaniya ilə Çexiya isə sabah qarşılaşacaqlar.
12 iyun
D qrupu
17:00. Türkiyə - Xorvatiya
Baş hakim: Yonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenius və Daniel Varnmark
Əlavə köməkçi-hakimlər: Stefan Yohanesson və Markus Strömberqsson (hamısı İsveç)
Paris. "Park de Prins" stadionu.