-
Xorvatiya yığmasının kapitanı Darijo Srna qlaukomadan əziyyət çəkən atası Uzeir-in vəfatı üzündən milli komandanın düşərgəsini tərk edib.
Goal.com saytının yaydığı xəbərə görə, futbolçu acı xəbəri Türkiyə ilə oyundan (1:0) sonra alıb.
«Şaxtyor»un 34 yaşlı oyunçusu dəfn mərasimindən sonra Fransaya qayıdacaq. Xatırladaq ki, Xorvatiya turnirdəki növbəti oyununu iyunun 17-də Çexiya ilə keçirəcək.