-
Fransa polisi ilə münaqişəyə görə 2 aylıq həbs cəzasına məhkum olunan İngiltərə yığmasının fanatı Alex Booth hərəkətinə görə üzr istəyib.
«The Telegraph»ın yaydığı xəbərdə polisə pivə bakalı atdığına görə tutulan 20 yaşlı ingilisin bu sözləri dediyi bildirilir:
«Polisdən və Marsel əhalisindən üzr istəyirəm. Bu mənə yaraşmayan hərəkətdir. Qəddar adam deyiləm və futbol xuliqanlığı ilə məni heç nə bağlamır. Sadəcə, yersiz vaxtda lazım olmayan yerdə oldum. Həqiqətən də çox təəssüflənirəm».