-
İslandiya yığmasının baş məşqçisi Lars Lagerback Portuqaliya ilə oyundan (1:1) sonra rəqibin ulduzu Cristiano Ronaldo-nun dediyi sözlərə maraqlı şəkildə reaksiya verib.
Xatırladaq ki, «Real»ın forvardı islandiyalıları tənqid edərək, onların turnirdə heç nəyə nail olmayacağını deyib.
«FourFourTwo» Lagerback-in cavabına yer ayırıb: «Futbolun qaydası belədir. Hər kəs oyun üslubunu seçməkdə azaddır. Çox tez-tez futbolçular və məşqçilər xal itkisindən sonra rəqibi günahlandırır. Sadəcə, İslandiyaya qalib gəlmək üçün ondan yaxşı oynamalısan. Hər şey bu qədər sadədir».