-
Portuqaliya – İslandiya oyununda (1:1) ikincilər qeyri-adi rekord müəyyənləşdirib. İş ondadır ki, AÇ-1964-də SSRİ ilə qarşılaşan Danimarka yığmasının heyətində meydana soyadı «-sen»lə bitən 10 futbolçu çıxmışdı.
İyunun 14-də isə start heyətində soyadı «-son» ilə bitən 11 futbolçu buraxmaqla İslandiya bu rekordu yeniləyib. Maraqlıdır ki, komandanın AÇ üçün iştirak ərizəsində soyadı fərqli sonluqla bitən yalnız bir futbolçu var. O da məşhur Eidur Gudjohnsen-dir.