Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:33

Rusiya-Slovakiya-1:2


Foto arxiv
Foto arxiv

-Görüş başa çatdı. Oyun 2:1 hesabı ilə Slovakiya millisinin xerinə qurtardı.

Rusiya oyunun sonlarında hücumları artırsa da hesab dəyişmədi.

Bir daha qeyd edək ki, Bu komandalar B qrupunda mübarizə aparır.

Slovakiya millisi ilk görüşdə Uelsə 2:1 hesabı ilə məğlub olub, İngiltərə-Rusiya görüşü isə 1:1 olub.

Sabah isə İngiltərə ilə Uels milliləri mübarizə aparacaq.

Slovakiya millisi qələbəni qeyd edir.
Slovakiya millisi qələbəni qeyd edir.

-

Rusiya 80-ci dəqiqədə hesab arasındakı fərqi azaldır-2:1

Qolu 80-ci dəqiqədə Glushakov vurur. Ona ötürməni Shatov verir.

--

Rusiyadan isə 75-ci dəqiqədə Shirokov Kokorini əvəzlədi.

Slovakiya görüşün 72-ci dəqiqəsində dəyişiklik edir. Švento birinci qolun müəllifi Weissi əvəz elədi.

Oyunun ikinci hissəsi gedir, hesab dəyişməyib.

-

17 nömrəli oyunçu Marek Hamsik görüşün 45-ci dəqiqəsində ikinci qolu vurur. Gözəl zərbə qapının uzaq küncündə dirəyə girərək əks istiqamətdə tora düşür. Bunu hələlik çempionatın ən yaxşı qollarından hesab eləmək olar. Ona öterməni birinci qolun müəllifi Weiss verdi.

-

Slovakiya hesabı açır. Qolu 32-ci dəqiqədə 7 nömrəli olunvu Vladimir Weiss vurdu. Ötürməni isə Hamšík verdi. Vladimir Weissin qol sevinci.

-

İyunun 15-də"Avro-2016"nın qrup mərhələsində II turun oyunları başlayır.

B qrupunda Lil şəhərində Rusiya və Slovakiya yığmaları qarşılaşır.

Qeyd edək ki, Rusiya millisi ilk görüşdə İngiltərə ilə 1:1, Uels isə Slovakiyanı 2:1 hesabı ilə məğlub edib.

Bu qrupda İngiltərə - Uels oyunu isə sabah keçiriləcək.

Həmçinin bu gün A qrupunda Rumınya isveçrə, Fransa isə Albaniya millisi ilə qarşılaşır.

14 iyun

B qrupu

17:00. Rusiya - Slovakiya

Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (Sloveniya)

Əlavə köməkçi hakimlər: Matej Yuq, Slavko Vinçiç (Sloveniya)

Dördüncü hakim: Yonas Eriksson (İsveç)

Futbolun qaydalarını bildiyini düşünürsən? Sına!- [Test]

Futbolun qaydalarını bildiyini düşünürsən? Sına!- [Test]

Start the Quiz to find out

XS
SM
MD
LG