Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:50

“Formula-1” qəza ilə başladı


F1 pilotu Carlos Sainz Bakıda ilk sınaq zamanı, 17 iyun 2016
F1 pilotu Carlos Sainz Bakıda ilk sınaq zamanı, 17 iyun 2016

-

Formula-1 yarışının ilk günü Nizami küçəsində “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo dönəndə qəzaya düşüb.

Turan-ın xəbərinə görə, trekin 15-ci döngəsində baş verən hadisə nəticədə onun bolidi yararsız hala düşüb. Arxa və ön sağ təkərlər sıradan çıxıb.

D.Rikkardonun özü isə xəsarət almayıb.

İlk gündə “Mersedes” qalib oldu

İyunun 17-də start götürən Formula-1 Avropa Qran-prisinin birinci test yürüşündə, hər biri iki pilotdan ibarət 11 komandanın qatıldığı mübarizədə “Mercedes”in sürücüsü Luis Hamilton birinci olub.

Alonso finişə 3-cü çatıb

L.Hamiltonun trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 46 saniyə təşkil edib. Onun komanda yoldaşı Niko Rosberq isə qalibdən 0,377 saniyə geri qalaraq ikinci yerdə qərarlaşıb. Valtteri Bottas (Williams) isə ilk üçlüyü tamamlayıb (1 dəqiqə 47,096 saniyə).

Avropa Qran-prisinin rəsmi elçisi Fernando Alonso isə yürüşü dördüncü pillədə başa vurub.

***

İyunun 17-də Bakıda “Formula-1” Avropa Qran-Pri yarışları başlayıb. Yarışlar Bakının mərkəzindəki trasda keçirilir.

Turan-ın xəbərinə görə, birinci gün təlim yarışları keçirilir və pilotlar onlara yeni olan marşrutu öyrənirlər. İyunun 18-də isə hər biri iki pilot olmaqla 11 komandanın iştirakı ilə təsnifat olacaq. İyunun 19-da ən yaxşı 10 pilot Qran-Pri yarışlarında iştirak edəcəklər.

Təsnifat və final zamanı pilotlar 6 kilometrlik dairəvi marşrut üzrə 20 virajdan ibarət 51 dövrə vuracaqlar. Maksimal sürət saatda 340 kilometrədək olacaq.

Yarışlara “Azadlıq” meydanında start veriləcək. Yarış iştirakçıları Puşkin, Xaqani küçələri, Bülbül prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçələrində hərəkət edəcəklər.

Bolidlər “İçərişəhər”in dar döngəsi boyunca Gənclər Meydanına qalxacaq, oradan İstiqlaliyyət küçəsi ilə qövsvari trayektoriya üzrə irəlilyəcəklər. Sonra Niyazi küçəsində eniş ilə Neftçilər prospektinə çıxaraq Dənizkənarı Bulvar boyunca hərəkət edərək başladıqları yerə dönəcəklər.

Yarış sakinlərdə narahatlıq yaradıb

Turan-ın xəbərinə görə, yarışlar bəzi şəhər sakinlərində böyük narahatlıq yaradıb. İyunun 14-20-də yarışların marşrutu və bitişik küçələr üzrə nəqliyyatın hərəkəti dayandırılıb.

Marşrut zonasına daxil olan evlərin sakinləri şəxsi avtomobildə getmək imkanlarından məhrumdur. Piyada getməkdən ötrü isə bir neçə məhəllə dövrə vurmalıdırlar.

Bakı sakinləri bütün həftə Dənizkənarı Bulvara getmək imkanlarından məhrum olublar. Bulvar yarışlara bileti olanların ixtiyarına verilib. Biletlərin qiyməti 90-590 dollar civarındadır.

İyunun 12-də gənclər və idman naziri Azad Rəhimov bildirib ki, satışdan 2 mln. manat (1,32 mln. dollar) əldə edilib. Biletlərin 70 faizini Azərbaycan vətəndaşları, qalanını əcnəbilər alıblar. Nazirin sözlərinə görə, biletin hamısı satılmayıb.

Bundan öncə mart ayında nazir bildirmişdi ki, bilet satışından 3-4 mln. manatın (1,8-2,5 mln. dollar) əldə ediləcəyi nəzərdə tutulur.

Xərclərə gəlincə, nazirin deməsinə görə, bu 100 milyon manatı (66 mln. dollar) ötməyəcək. Nazir qeyd edib ki, birinci il qoyulan xərclər çıxmayacaq. Ancaq “gələcəkdə turistlərin cəlb edilməsi hesabına” iqtisadi effekt təmin olunacaq.

Müstəqil ekspertlər Bakıda “Formula-1” yarışlarının keçirilməsinin iqtisadi baxımdan effektiv olacağına şübhə ilə yanaşırlar.Üstəlik, onlar hesab edirlər ki, hökumət yarışlara çəkilən xərclərin böyük hissəsini gizlədir.

***

İyunun 17-də Bakıda «Formula-1» üzrə dünya çempionatının 8-ci Avropa Qran-pri yarışları start götürür.

AZƏRTAC xəbər verir ki, hər biri 2 pilotla təmsil olunan 10 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı şəhər halqasında pilotlardan – Louis Hamilton, Fernando Alonso, Nico Rosberg, Sebastian Vettel, Valtteri Bottas və başqaları yarışacaqlar.

Yarış Azadlıq Meydanında başlayacaq və orada da bitəcək. Burada, «Paddok klub», komanda boksları və «pit-leyn» qurulub.

⇒ «Formula-1»lə bağlı qarşılaşdığınız hər hansı maraqlı hadisə, foto və ya videonuz olsa, AzadlıqRadiosuna göndərin.

⇒ WhatsApp nömrəmiz: (+420) 778 711 700

Qran-prinin birinci günündə «Formula-1» və GP2 seriyası üzrə sərbəst yürüşlər təşkil olunacaq. İyunun 18-də «Formula-1» üzrə sərbəst və sıralama yürüşü, GP2 üzrə isə birinci yarış keçiriləcək. Nəhayət, sonuncu gün – iyunun 19-da Avropa Qran-pri yarışları və GP2 üzrə 2-ci yürüş gerçəkləşəcək.

Azərbaycanda bu yarışlar ard-arda 5 il keçirilməlidir. Əks halda ölkəni 100 milyon dollara yaxın cərimə gözləyir.

Gənclər və idman naziri Azad Rəhimov yarışın Azərbaycana təxminən 100 milyon manata başa gələcəyini desə də, bəzi ekspertlər bu rəqəmin, əslində, 3-4 yüz milyon manata çatacağını iddia edirlər.

Artıq halqanın keçdiyi küçələrdə nəqliyyatın hərəkatı məhdudlaşdırılıb. Bakı Bulvarı əhaliyə bağlanıb.

⇒ «Formula-1»lə bağlı qarşılaşdığınız hər hansı maraqlı hadisə, foto və ya videonuz olsa, AzadlıqRadiosuna göndərin.

⇒ WhatsApp nömrəmiz: (+420) 778 711 700

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (17 iyun)

Azərbaycanda tabu mövzular
“Sayt yaratmışam deyə ata-anama təzyiq edirlər”
Günün əsas hadisələri Azadlıq Radiosunda (17 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (17 iyun)

Yarış başladı, qazananlar və itirənlər
XS
SM
MD
LG