Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:37

'Görüş konstruktiv oldu' - Elmar Məmmədyarov


Vladimir Putin (ortada), Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serzh Sarkisian, Sankt Peterburq, 20 iyun, 2016
Vladimir Putin (ortada), Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serzh Sarkisian, Sankt Peterburq, 20 iyun, 2016

-

“İnanırıq ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaradacaq”

AZƏRTAC-ın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Sankt-Peterburqda Azərbaycan və Ermənistan dövlət başçılarının Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilmiş görüşünə münasibətdə bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir.

“Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika qatmaq barədə razılığa gəliblər”.

Report-un xəbərinə görə bunu isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov üçtərəfli görüşdən sonra deyib.

Xəbərdə qeyd edilir ki, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin siyasi nizamlanma prosesində dayanıqlı inkişafın əldə olunması ilə bağlı üçtərəfli bəyanatı müzakirələr ediblər.

“Son günlər Dağlıq Qarabağda atəşkəsə əməl olunur. Dövlət başçılarının görüşündə onları müşayiət edən şəxslər və köməkçilər iştirak etməyiblər”, S.Lavrov bildirib.

Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serzh Sarkisian sonuncu dəfə bu ilin mayında Vyanada görüşüblər.

Separatçı Dağlıq Qarabağ və Ermənistan qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən daha 7 rayonu işğal ediblər.

Bu müharibədə hər iki tərəfdən ümumilikdə 30 minədək adam ölüb.

Bu il aprelin 2-dən 5-dək Dağlıq Qarabağdakı təmas xəttində yenidən qızğın döyüşlər gedib, hər iki tərəf onlarla itki verib.

Rusiyanın vasitəçiliyi ilə atəşkəs mayın 5-də yenidən bərpa edilib.

***

Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın görüşü başlayıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunur.

Sankt-Peterburqun Konstantinov Sarayında keçiriən görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də iştirak etdiyi bildirilir.

Turan xəbər verir ki, danışıqların əvvəlində hər iki tərəf öz prioritetlərini qeyd edib.

Ermənistan prezidenti S.Sarkisyan bildirib ki, cəbhədə atəşkəsin pozulmasının önlənməsi məqsədlərlə nəzarət mexanizmləri yaradılmalıdır.

Prezident İlham Əliyev isə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmalı olduğunu vurğulayıb.

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə işçi naharı da olub.

***

Azərbaycan prezidenti İlham Əliyev iyunun 20-də Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putin ilə görüşüb.

Xəbəri AZƏRTAC yayıb.

Bundan bir qədər əvvəl isə Vladimir Putin Ermənistan prezidenti ilə görüşmüşdü

Müzakirələr üçtərəfli formatda davam etməlidir.

***

İyunun 20-də Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub.

Bu, Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən ikinci görüşdür.

Danışıqlar zamanı Dağlıq Qaeabağ münaqişəsinin həlli yolları müzakirə olunub.

Sankt-Peterburq-dan gözləntilər

R. Musabəyov: “ Danışıqlar çox mürəkkəb olacaq”

“Sankt-Peterburq danışıqları əsas suala cavab verməlidir. Bizi yaxın zamanda nə gözləyir: sülh, yoxsa müharibə? ”.

Azərbaycan parlamentinin deputatı Rasim Musabəyovun fikri belədir.

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin bugünki görüşünü Turan-a şərh edən Musabəyov bildirib ki, danışıqlar çox mürəkkəb olacaq.

“Danışıqlarla bağlı optimist olmaq üçün elə də əsaslar yoxdur. Anlamaq mümkündür ki, onlar torpaq iddiasından əl çəkməyiblər. Azərbaycan da Ermənistana bir qarış belə torpaq verəsi deyil”, deyə o qeyd edib.

Deputat, danışıqlar başlayan zaman Azərbyacan Silahlı Qüvvələrinin böyük miqyaslı hərbi təlimlər keçirməsinin təsadüfi olmadığını bildirib.

“Nə Azərbaycan, nə də Ermənistan aprel müharibəsindən sonra təmas xəttinə gətirdiyi əlavə qüvvələrini geri çəkiblər. Bu da Sankt-Peterburq danışıqlarında hansı atmosferin hökm sürəcəyini göstərir”, deyə Musabəyov bildirib.

Ə. Oruclu: “Danışıqlardan böyük nəticə gözləməyə dəyməz ”

Politoloq Ərəstun Oruclu da hesab edir ki, Sankt-Peterburq danışıqlarından böyük nəticə gözləməyə dəyməz.

“Rusiya Qarabağ münaqişəsini həll etmək deyil, öz maraqlarını təmin etmək üçün ondan istifadə etmək niyyətindədir”, deyə O, Sankt-Peterburq görüşünü şərh edərkən Turan-a bildirib.

Ə.Oruclunun təxminlərinə görə, Moskva Ermənistanda hakimiyyət dəyişikliyi istəyir:

“Buna görə görüşdən sonra cəbhədə vəziyyət gərginləşəcək və Ermənistan növbəti itkilər verəcək. Bu, Sarkisyan ağıllanana və ya müxalifətin təzyiqi ilə vəzifəsindən gedənə qədər davam edəcək”.

Ə.Oruclunun fikrincə, Moskva onu daha çox qane edən Robert Koçaryanı hakimiyyətə qaytarmaq istəyir.

“Yəni indi Qarabağ problemi həll olunmur. Bu, yalnız beynəlxalq ictimaiyyətin iştirakı ilə mümkündür”, deyə Oruclu qeyd edib.

Dmitry Peskov
Dmitry Peskov

Kremlin mətbuat katibi Dimitry Peskov isə danışıqların çox işgüzar və çətin olduğunu deyir.

O qeyd edib ki, əsas məsələ Dağlıq Qarabağda döyüşlərin yenidən başlamasına imkan verməməkdir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serzh Sarkisian sonuncu dəfə bu ilin mayında Vyanada görüşüblər.

Separatçı Dağlıq Qarabağ və Ermənistan qüvvələri 1990-cı ildən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən daha 7 rayonu zəbt ediblər.

Bu müharibədə hər iki tərəfdən ümumilikdə 30 minədək adam ölüb.

Bu il aprelin 2-dən 5-dək Dağlıq Qarabağdakı təmas xəttində yenidən qızqın döyüşlər gedib, hər iki tərəf onlarla itki verib.

Rusiyanın vasitəçiliyi ilə atəşkəs mayın 5-də yenidən bərpa edilib.

DİNLƏ: Günün hadisələri Azadlıq Radiosunda

"Qaçqınkom"un sədri Rusiyanı tərifləyir
Günün əsas hadisələri AzadlıqRadiosunda- 20 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün hadisələri Azadlıq Radiosunun TV proqramında

Formula 1. "Oturacaqlar yalnız test yürüşlərində boş olub"

XS
SM
MD
LG